YENİ NƏŞRLƏR

Uşaqların və böyüklərin qəhrəmanı olan Qaragöz yeni sərgüzəştləri ilə sizi həm güldürüb əyləndirəcək, həm də düşündürəcək. Əslində, Qaragöz bizi güldürmək üçün çox səy göstərmir. 

Bu kitab ingilis xalqının sevimli nağıl qəhrəmanı – əfsanəvi şotlandiyalı atıcı Robin Hood haqqındadır. 

Nils adlı dəcəl oğlan öz şıltaq əməllərinə görə meşə cırtdanı tərəfindən ovsunlanır və balaca bir adamcığaza çevrilir.

Qambiya Respublikası

 

 

 

 

 

 

 

 

 

 

Sahəsi: 10 689 km2 


Əhalisi: 1,8 mln. nəfər (2010) 


Əhalinin sıxlığı: 168,4 nəfər/km2 


Paytaxtı Bancul (524 min nəfər) 


Əsas dillər: ingilis, malenke, fula (fulani) 


Dini etiqad: islam (90%) 


Pul vahidi: dalasi 


Dövlət quruluşu: respublika 


Afrikanın an kiçik dövlətlərindən biri olan Qambiya uzunluğu 350 km, eni 80 km-ə qədər zolaq şəklində Atlantik okeanından Seneqalın daxilinə doğru uzanır. Qambiya eyniadlı çayın sahillərində yerləşir və üç tərəfdən Seneqal ilə əhatə olunur. Ölkə 1965-ci ildə B.Britaniya müstəmləkəsindən azad olmuşdur. Paytaxt Bancul eyni adlı adada, Afrikanın qərb sahillərində ən mənzərəli yerdə, təbii və dərin buxtada salınmış şəhərdir. Müstəqillik Parkı şəhəri materiklə birləşdirir. Ölkədə iqlim şəraiti istidir (orta illik temperatur 26°C), yay (iyun-oktyabr) rütubətli və qış (noyabr-may) quraq keçir. Ərazisinin çox hissəsini savannalar tutur. Yalnız çayın mənsəbində tropik meşələr və manqrlar yayılır. Ölkəyə əsas valyuta gətirən (təxminən 50%) və ixrac olunan yeganə bitki araxisdir. Əsas ərzaq bitkisi isə çəltik, darı, qarğıdalıdır. Sənaye əkinçilik məhsullarının emalı və toxuculuq ilə təmsil olunur. Qambiya əhalisinin etnik tərkibi müxtəlifdir. Kənd əhalisinin çoxu işləmək üçün şəhərə gedir, burada əmək haqqı 3-4 dəfə yüksəkdir. Onlar xidmət sahələrində və turizm sənayesində çalışır. Hər il ölkəyə 100 min nəfər turist gəlir. Bu sahə dövlət büdcəsinin ən gəlirli sahəsinə çevrilməklə yanaşı, kustar sənayenin də inkişafına imkan verir.