YENİ NƏŞRLƏR

Uşaqların və böyüklərin qəhrəmanı olan Qaragöz yeni sərgüzəştləri ilə sizi həm güldürüb əyləndirəcək, həm də düşündürəcək. Əslində, Qaragöz bizi güldürmək üçün çox səy göstərmir. 

Bu kitab ingilis xalqının sevimli nağıl qəhrəmanı – əfsanəvi şotlandiyalı atıcı Robin Hood haqqındadır. 

Nils adlı dəcəl oğlan öz şıltaq əməllərinə görə meşə cırtdanı tərəfindən ovsunlanır və balaca bir adamcığaza çevrilir.

Seneqal Respublikası

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

Sahəsi: 196 712 km2 


Əhalisi: 12,5 mln. nəfər (2010)


Əhalinin sıxlığı: 63,6 nəfər/km2 


Paytaxtı: Dakar (2446 min nəfər) 


Əsas dillər: fransız, volof, fula (tukulor), serer 


Dini etiqad: islam (92%) 


Pul vahidi: Afrika frankı


Dövlət quruluşu: respublika 


Seneqal 1960-cı ildə müstəqillik qazandıqdan sonra da əvvəlki metropoliyası Fransa ilə sıx əlaqələrə malikdir. Buna görə onun təsərrüfatı qonşu ölkələrlə müqayisədə daha yaxşı inkişaf etmişdir. Paytaxtı Dakar ölkənin ən böyük şəhəridir. O, Afrikanın ucqar qərb nöqtəsi olan Almadi burnunun da olduğu Yaşıl Burun yarımadasında yerləşir. Seneqalın qərb sahillərini Atlantik okeanının suları yuyur, ölkə ovalıqda yerləşir. Cənub-şərqdə okean səviyyəsindən 500 m-dək hündürlükdə olan yüksəklik vardır. Orta illik temperatur 25°C-dir. Seneqalın əksər hissəsini savannalar örtür, lakin cənubda illik yağıntıların 1500 mm-ə qədər düşdüyü ərazilərdə rütubətli tropik meşələr yayılmışdır. Əsas çay olan Seneqal Mavritaniya ilə təbii sərhəd rolunu oynayır. Hər il çayın daşması nəticəsində geniş ərazilərdə məhsuldar lil toplanır. Bu isə dənli bitkilərin becərilməsinə imkan verir. Əmək qabiliyyətli əhalinin 77%-i əkinçiliklə məşğul olur. Təsərrüfatın aparıcı bitki olan araxisdən asılılığını azaltmaq üçün hökumət şəkər qamışı, çəltik, darı, kalış, pambıq, tərəvəz əkilməsini həvəsləndirən tədbirlər görür. Seneqalda əhalinin etnik tərkibi kifayət qədər müxtəlifdir. Sayı çox olan etnik qruplara volof (43%) və tukuler (23%) xalqları aiddir. Seneqal qonşu dövlətlərə nisbətən daha sabit və firavan ölkədir. Burada kommunikasiya və nəqliyyat yaxşı inkişaf etmişdir, iqtisadi potensial getdikcə güclənir.