YENİ NƏŞRLƏR

Uşaqların və böyüklərin qəhrəmanı olan Qaragöz yeni sərgüzəştləri ilə sizi həm güldürüb əyləndirəcək, həm də düşündürəcək. Əslində, Qaragöz bizi güldürmək üçün çox səy göstərmir. 

Bu kitab ingilis xalqının sevimli nağıl qəhrəmanı – əfsanəvi şotlandiyalı atıcı Robin Hood haqqındadır. 

Nils adlı dəcəl oğlan öz şıltaq əməllərinə görə meşə cırtdanı tərəfindən ovsunlanır və balaca bir adamcığaza çevrilir.

Havanın temperaturu

Havanın temperaturu - termometr vasitəsilə açıq havada müəyyən edilən temperaturdur. Havanın temperaturu adətən yer səthindən 2 m hündürlükdə meteoroloji budkada qoyulmuş quru psixrometrik termometr ilə ölçülür. Havanın temperaturu avtomatik olaraq termoqraf vasitəsi ilə qeyd edilir. Müəyyən vaxt daxilində ən soyuq və ən isti temperaturu bilmək üçün minimal və maksimal termometrlərdən istifadə edilir. Havanın temperaturu gün ərzində, habelə ay və il ərzində dəyişir. Havanın gündəlik temperaturu 3 saatdan bir təyin edilir, alınmış rəqəmlər cəmlənir və ölçmələrin Havanın temperaturu - termometr vasitəsilə açıq havada müəyyən edilən temperaturdur.


Havanın temperaturu adətən yer səthindən 2 m hündürlükdə meteoroloji budkada qoyulmuş quru psixrometrik termometr ilə ölçülür. Havanın temperaturu avtomatik olaraq termoqraf vasitəsi ilə qeyd edilir. Müəyyən vaxt daxilində ən soyuq və ən isti temperaturu bilmək üçün minimal və maksimal termometrlərdən istifadə edilir. Havanın temperaturu gün ərzində, habelə ay və il ərzində dəyişir. Havanın gündəlik temperaturu 3 saatdan bir təyin edilir, alınmış rəqəmlər cəmlənir və ölçmələrin sayına bölünərək orta sutkalıq temperatur tapılır.


Atmosferin alt troposfer qatında havanın temperaturu hündürlüyə qalxdıqca aşağı düşür. Hər 100 metrdə 0,6°C. Buna termik pillə, yaxud aerotermik qradiyent deyilir. Hündürlüyə doğru temperaturun aşağı düşməsi bəzi hallarda pozulur. Bu hal temperatur inversiyası adlanır.


Temperaturun ölçülməsində 3 şkaladan - kelvin, selsi, farangeyt şklasından istifadə olunur. Selsi şkalasının sıfırı əriməkdə olan buzun temperaturu ilə, 100°C isə normal atmosfer təzyiqində ağzıaçıq qabda qaynayan suyun temperaturuna görə seçilir. 0°C ilə 100°C intervalı bərabər olaraq 100 yerə bölünərək hər bir hissə 1°C adlanır. Mütləq temperatur mütləq sıfırdan hesablanan temperaturdur və T ilə işarə olunur. Mütləq temperaturun vahidi Kelvin (K) olub, Kelvin və selsi şkalaları arasındakı əlaqə T=t+273.15 kimidir. Yəni buzun ərimə temperaturu selsi şkalası ilə t=0°C, Kelvin şkalası ilə 273.15 Kelvinə, suyun qaynama temperaturu selsi şkalası ilə 100°C, Kelvin şkalası ilə isə 373,15 Kelvindir. Farangeyt temperatur şkalasının sabit nöqtələri olaraq, su, buz və dəniz duzu qarışığının temperaturu 0°F və insan bədəninin normal temperaturu təqribən 100°F seçilmişdir. Farangeyt şkalasında buzun ərimə temperaturu 32°F, suyun qaynama temperaturu 212°F-dir. Temperaturun ölçülməsi üç üsulla aparıla bilər: Mexaniki üsul, burada temperatur fərqi tətbiq olunan materialın istilikdən genişlənmə əmsalından asılı olaraq təyin edilir, məsələn, civəli termometr.


Elektrik üsulu, burada materialların istilikdən asılı olaraq elektrik müqavimətlərindən istifadə edilir.


Dolayı yolla, burada materialın temperaturdan asılı olaraq halından istifadə edilir (istilik kameraları).


Biz havanın temperaturunu bilməklə bir çox kənd təsərrüfatı tədbirlərinin aparılma vaxtını müəyyən edə bilərik. Məsələn, havanın temperaturu bitkilərin inkişafına təsir göstərir və bir çox fizioloji proseslər optimal temperatur şəraitində baş verir. Bu baxımdan mövsümə uyğun olaraq, havanın optimal temperaturunda kənd təsərrüfatı bitkilərinin səpin müddətləri müəyyən olunur. Bundan başqa, temperatur 10°C yüksəldikdə fotosintez prosesinin intensivliyi iki dəfə artır, bu +30-35°C-yə qədər müşahidə olunur, lakin temperaturun sonrakı yüksəlməsi nəticəsində fotosintezin intensivliyi aşağı düşür, +40-45°C-də isə bu proses dayanır.


İstənilən canlı orqanizmin normal fəaliyyəti üçün maksimum və minimum temperatur hüdudu var. Bu hüduddan kənarda, canlı orqanizmlər istidən və ya soyuqdan məhv olurlar. Optimal temperatur intervalında canlı orqanizmlər özlərini rahat hiss edirlər.