YENİ NƏŞRLƏR

Uşaqların və böyüklərin qəhrəmanı olan Qaragöz yeni sərgüzəştləri ilə sizi həm güldürüb əyləndirəcək, həm də düşündürəcək. Əslində, Qaragöz bizi güldürmək üçün çox səy göstərmir. 

Bu kitab ingilis xalqının sevimli nağıl qəhrəmanı – əfsanəvi şotlandiyalı atıcı Robin Hood haqqındadır. 

Nils adlı dəcəl oğlan öz şıltaq əməllərinə görə meşə cırtdanı tərəfindən ovsunlanır və balaca bir adamcığaza çevrilir.

Mozambik Respublikası

 

 

 

 

 

 

 

 

 

 

 

Sahəsi: 801590 km2 


Əhalisi: 23,4 mln. nəfər (2010) 


Əhalinin sıxlığı: 29,2 nəfər/km2


Paytaxtı: Maputu (1775 min nəfər)


Əsas dillər: portuqal, tsonqa, makya 


Dini etiqad: ənənəvi yerli dinlər (50%), katolisizm (30%), islam (20%) 


Pul vahidi: metikal 


Dövlət quruluşu: respublika

 

Mozambik geniş əraziyə və milli-etnik müxtəlifliyə malik ölkədir. Burada vətəndaş müharibəsi, daşqın və quraqlıqların nəticələrinin aradan qaldırılması ciddi problemdir. Mozambikin ərazisinin 40%-ə qədərini tutan ovalıqlar Hind okeanının sahilləri boyu 2500 km məsafədə uzanır. Ölkənin şimalında Şərqi Afrika yaylası, qərbində isə ən yüksək zirvəsi olan Binqa dağının (2436 m) da yerləşdiyi Matabele çıxıntısı yüksəlir. Məhsuldar torpaqların çatışmazlığına baxmayaraq, əhalinin çox hissəsi əkinçiliklə məşğuldur, qarğıdalı, manikok, şəkər qamışı, pambıq, tütün, qəhvə, araxis, kokos palması və yer fındığı becərilir. Təsərrüfatda ən mühüm rol oynayan balıq sənayesi dünya bazarına dəniz məhsulları (krevet) çıxarır. Dağ-mədən sənayesi zəif inkişaf etmişdir. Kənd təsərrüfatı məhsulları emal olunur, mis, dəmir filizi, uran, kömür, təbii qaz ehtiyatlarından istifadə edilməsi üçün investorlar lazımdır. Əhalinin həyat səviyyəsi çox aşağıdır. Minlərlə insan aclıq və xəstəliklərdən, o cümlədən QİÇS xəstəliyinin sürətlə yayılmasından ölür. 1975-ci ildə Portuqaliyadan müstəqillik əldə etdikdən sonra ölkədə sosializm inkişaf yolu seçmiş Mozambikin Azadlıq Cəbhəsi (FRELİMO) ilə CAR-ın himayə etdiyi Mozambik Xalq Müqavimətinin (RENAMO) üsyançıları arasında vətəndaş müharibəsi başlanmışdır. Müharibə 1990-cı illərdə başa çatsa da, ölkədə şəhərlər dağılmış, sənaye və nəqliyyat sistemi tənəzzülə uğramışdır. Basdırılmış 3 milyondan çox mina əhalinin həyatı və sağlamlığı üçün ciddi təhlükə yaradır.