YENİ NƏŞRLƏR

Uşaqların və böyüklərin qəhrəmanı olan Qaragöz yeni sərgüzəştləri ilə sizi həm güldürüb əyləndirəcək, həm də düşündürəcək. Əslində, Qaragöz bizi güldürmək üçün çox səy göstərmir. 

Bu kitab ingilis xalqının sevimli nağıl qəhrəmanı – əfsanəvi şotlandiyalı atıcı Robin Hood haqqındadır. 

Nils adlı dəcəl oğlan öz şıltaq əməllərinə görə meşə cırtdanı tərəfindən ovsunlanır və balaca bir adamcığaza çevrilir.

Maddənin maye halı

Mayelərin xassələrinin elmi şəkildə öyrənilməsinə təqribən 2230 il bundan əvvəl Arximed tərəfindən başlanılmışdır.


Mayelər öz formalarını xarici hərəkətverici qüvvənin təsiri altında daim dəyişir, bunun nəticəsində mayelərdə axma müşahidə olunur. Mayelər töküldüyü qabın formasını alır. Onlar qazlardan fərqli olaraq, sıxılmaya az məruz qalır. Əksər mayelər sıxılmır. Mayelərin ən mühüm xüsusiyyətlərindən biri onların sürtünmə ilə əlaqəli olan özlülük xassəsidir. Əksər mayelər istidən genişlənir, elektrik cərəyanını keçirir. Müəyyən kütləyə malik daş parçası və yaxud kərpicə ip bağlayıb yuxarı qaldırdıqda qolun əzələlərinin gərildiyini hiss edirik.

Onları havada qaldırmaq üçün böyük qüvvə sərf olunur. Ancaq bunu suda etsək, əşyaların necə yüngülləşdiyini görərik. Bərk cismi suya atdıqda onun çox az bir zamanda mayenin səthində qaldığını müşahidə etmək olur. Bu cür hadisə ilə göldə, dənizdə və s. durğun sularda üzərkən də rastlaşmaq olar.


Bütün bunlar mayenin səthinin sanki elastik bir pərdə ilə örtüldüyünü göstərir. Mayenin bu xassəsi səthi gərilmə adlanır. Hər hansı bir kağız parçasını konus şəklinə salıb, yuyucu maddə qarışdırılmış suya salaq. Sonra kağızı ehmalca çıxarıb üfürsək, sabun köpüyünün basketbol topu böyüklüyündə qabarmasının şahidi olarıq. Bunun üçün paltar sabunundan başqa, istənilən yuyucu maddədən istifadə etmək olar.