YENİ NƏŞRLƏR

Uşaqların və böyüklərin qəhrəmanı olan Qaragöz yeni sərgüzəştləri ilə sizi həm güldürüb əyləndirəcək, həm də düşündürəcək. Əslində, Qaragöz bizi güldürmək üçün çox səy göstərmir. 

Bu kitab ingilis xalqının sevimli nağıl qəhrəmanı – əfsanəvi şotlandiyalı atıcı Robin Hood haqqındadır. 

Nils adlı dəcəl oğlan öz şıltaq əməllərinə görə meşə cırtdanı tərəfindən ovsunlanır və balaca bir adamcığaza çevrilir.

Səməndər

Nağıllarda, rəvayət və əfsanələrdə, dastanlarda rast gəldiyimiz əfsanəvi quşa Səməndər, Zümrüd və ya Simurq deyirlər. Bu əfsanəvi quş qəhrəmanların dostu, darda qalanların köməkçisi, zülmətdən işıqlı dünyaya gedib gələ bilən, uzaq yolu qıısa müddətə uçan nəhəngdir. Nağıllara görə bu quş o qədər böyükdür ki, iri qayaları asanlıqla caynaqlarına ala bilir. Qəhrəman onun üstünə minib, qırx tuluq su, qırx şaqqa ət qoyur. “Məlikməmməd” nağılında da Məlikməmmədi qaranlıq dünyadan işıqlı dünyaya gətirən Səməndər və ya Zümrüd quşunun dayanmadan 40 gün, 40 gecə uçduğu deyilir.

 

Nağıllarda təsvir edilir ki, Zümrüd quşu xeyirxah insanlara qanadından bir tük verir. Həmin tükü oda tutanda bu quş dara düşmüş adamın dadına çatır.

 

Rəvayətə görə, uçarkən Səməndər quşunun qanadlarından qığılcım qopur. Bu quş ildə bir yumurta qoyub, qurbağaya oxşar bala çıxarır, özü isə alışıb yanır, həyatını balasına qurban verir. Digər rəvayətə görə səməndər quşu odun içində yaşayır. Oddan da alışıb yanır.

 

Başqa birisində isə deyilir ki, bu quş Elbrus dağının əlçatmaz zirvəsində yaşayır. Səməndər quşu fədakarlıq, sədaqət, xoşbəxtlik rəmzidir. Klassik ədəbiyyatımızda həm də fədakar sevgi rəmzi kimi tərənnüm olunur.