YENİ NƏŞRLƏR

Uşaqların və böyüklərin qəhrəmanı olan Qaragöz yeni sərgüzəştləri ilə sizi həm güldürüb əyləndirəcək, həm də düşündürəcək. Əslində, Qaragöz bizi güldürmək üçün çox səy göstərmir. 

Bu kitab ingilis xalqının sevimli nağıl qəhrəmanı – əfsanəvi şotlandiyalı atıcı Robin Hood haqqındadır. 

Nils adlı dəcəl oğlan öz şıltaq əməllərinə görə meşə cırtdanı tərəfindən ovsunlanır və balaca bir adamcığaza çevrilir.

Kərim bəy Mehmandarov

Tanınmış həkim, “Difai” təşkilatının Şuşa şöbəsinin sədri Kərim bəy Mirzə Mustafa bəy oğlu Mehmandarov 2 dekabr 1854-cü ildə Şuşa şəhərində doğulmuşdur. Əslində onun adı Əbdülkərim bəy idi. Lakin bütün Qarabağ əhli ona Kərim bəy deyə müraciət edərdi. 


K. Mehmandarov ilk təhsilini atası Mustafa bəydən almışdır. Sonra Şuşa qəza məktəbinin əlaçı şagirdi kimi Bakı realnı məktəbində təhsil almşdır. 1872-ci ildə Bakı şəhər gimnaziyasını bitirdikdən sonra Sankt-Peterburq Tibb Cərrahlıq Akademiyasına daxil olmuşdu.

1877-ci ildə akademiyanı tamamlayıb Sankt-Peterburq klinik hərbi xəstəxanasında həkim işləmişdi. Bu zaman Rusiya-Türkiyə müharibəsi ilə əlaqədar Dunayda döyüşən ordunun sanitariya dəstələrindən birinə göndərilən K. Mehmandarov bir il üç ay cəbhədə olmuşdur. O, cəbhədə cəldliyi, qayğıkeşliyi, xəstələrə qarşı həddən ziyadə mehribanlığı ilə hamının sevimlisinə çevrilir. Bu xidmətlərinə görə 1878-ci ildə üçüncü dərəcəli “Müqəddəs Anna” ordeni və birinci medalla, bir qədər sonra isə III Aleksandrın xatirəsinə gümüş medalla mükafatlandırılır. 


Sənətinin vurğunu olan K. Mehmandarov 1879-cu ildə Baş Hərbi İdarə tərəfindən elmi-praktik təkmilləşmə üçün bir illiyə Peterburq klinik hospitalına göndərilir. 1880-ci ildə K. Mehmandarovu bacarıqlı bir həkim kimi, Rusiya Qırmızı Xaç Cəmiyyətinin sanitariya dəstəsinin tərkibində Poltava quberniyasına göndərilir. O, burada difteriya epidemiyasına qarşı mübarizədə fəal iştirak etdiyi üçün ikinci dərəcəli “Müqəddəs Stanislav” ordeninə layiq görülür.


O, 1873-cü ildə Azərbaycana qayıtmı, Yelizavetpol quberniyasının Cavanşir qəzasında həkim kimi çalışmışdı. Sonra Şuşa şəhərinə dəyişilmişdi. Şəhərdə çalışarkən ictimai işlərdə də fəal iştirak etmişdi. “Difai” partiyasının üzvü olan K. Mehmandarov partiyanın Şuşadakı “Qarabağın birlik məclisi” adlanan şöbəsinin sədri olmuşdu. 


K. Mehmandarov Əhməd bəy Ağaoğlu ilə birlikdə Şuşada xəstəxana və yetim qalmış uşaqlar üçün məktəb, qiraətxana açır. O həm də Şuşa Xeyriyyə Cəmiyyətinin sədri kimi bir çox xeyirxah işlər görür. 1911-ci ildə onun təşəbbüsü ilə Şuşada ilk dəfə qız məktəbi açılır. K. Mehmandarov Azərbaycan Xalq Cümhuriyyəti dövründə də səhiyyənin inkişafı, əhaliyə tibbi yardımın təşkili işləri üçün böyük səy göstərmişdir. Bu görkəmli həkimin, xeyirxah insanın qara günləri 1923-cü ildən sonra başlayır. Sovet hakimiyyəti onu hədsiz incidir, fiziki və mənəvi iztirablar verir. Bu iztirablar həkimin 20 dekabr 1929-cu ildə ölümü ilə nəticələnir. Kərim bəy öncə Aleksandra Mixaylovna Dolqanova ilə ailə həyatı qurmuşdu. Bu izdivacdan Mixail adlı oğlu olmuşdu. İkinci dəfə Bəhmən Mirzə Qovanlı-Qacarın qızı Zəri xanımla evlənmişdi. İkinci nikahdan Ədil bəy, Rəşid bəy, Surxay bəy adlı oğulları, Turan xanım, Kübra xanım, Nüşabə xanım və Məhbubə xanım adlı qızları olmuşdur.