YENİ NƏŞRLƏR

Uşaqların və böyüklərin qəhrəmanı olan Qaragöz yeni sərgüzəştləri ilə sizi həm güldürüb əyləndirəcək, həm də düşündürəcək. Əslində, Qaragöz bizi güldürmək üçün çox səy göstərmir. 

Bu kitab ingilis xalqının sevimli nağıl qəhrəmanı – əfsanəvi şotlandiyalı atıcı Robin Hood haqqındadır. 

Nils adlı dəcəl oğlan öz şıltaq əməllərinə görə meşə cırtdanı tərəfindən ovsunlanır və balaca bir adamcığaza çevrilir.

Cahangir Kərimov

Cahangir Abbas oğlu Kərimov 18 iyul 1923-cü ildə Bakı şəhərində anadan olmuşdur.


Cahangir Kərimov 1942-ci ildə Bakı Zenit artilleriyası hərbi məktəbini bitirdikdən sonra Zaqafqaziya cəbhəsinə göndərilmiş, müharibə iştirakçısı olmuş və 29 may 1946-cı ildə ordu sıralarından tərxis edilmişdir. Cahangir Kərimov 1946-cı ildə Ümumittifaq Hüquq Qiyabi İnstitutunun Bakı filialını bitirmiş, 1950-ci ildə fəlsəfə doktoru, 1961-ci ildə isə elmlər doktoru adını almışdır. Cahangir Kərimov 1966-cı ildə Rusiya Elmlər Akademiyasının müxbir üzvü, 1967-ci ildə Azərbaycan Elmlər Akademiyasının həqiqi üzvü seçilmişdir. Cahangir Kərimov 1965-1969-cu illərdə Leninqrad Dövlət Universitetinin prorektoru vəzifəsində çalışmış, 1989-1991-ci illərdə SSRİ xalq deputatı, SSRİ Ali Sovetinin üzvü olmuşdur.


Hüquq elminin, sosial planlaşdırma və idarəetmə, dövlət və hüquq nəzəriyyəsinin fəlsəfi problemləri üzrə mütəxəssis olan Cahangir Kərimovun elmi fəaliyyəti ümumi hüquq nəzəriyyəsi, hüquq sosiologiyası və hüquq fəlsəfəsi, qanunverici texnika, hüquq psixologiyası, hüquqi kibernetika, hüquq pozuntularının profilaktikasına həsr edilmişdir. Alimin 40 monoqrafiyası və 700-dən çox elmi məqaləsi çap olunmuşdur. C. Kərimov Serbiya Elmlər və İncəsənət Akademiyasının, Finlandiya Elmlər və Ədəbiyyat Akademiyasının, Çernoqoriya Elmlər və İncəsənət Akademiyasının, Rusiya İctimai Elmlər Akademiyasının, Beynəlxalq İnformasiya Prosesləri və Texnologiyaları Akademiyasının, Rusiya Federasiyası Siyasi Elmlər Akademiyasının, Beynəlxalq İnformasiyalaşdırma Akademiyasının akademiki, Rusiya Elmlər Akademiyasının İctimai-Siyasi Tədqiqatlar İnstitutunun, Moskva Dövlət Hüquq Akademiyasının baş elmi işçisi, Rusiya Elmlər Akademiyasının İctimai Elmlər şöbəsinin üzvü olmuşdur. SSRİ Dövlət Mükafatı laureatı C. Kərimov bir çox xarici ölkələrin müxtəlif orden və medalları ilə təltif olmuşdur.


Cahangir Kərimov 22 fevral 2015-ci ildə Moskva şəhərində vəfat etmişdir.