YENİ NƏŞRLƏR

Uşaqların və böyüklərin qəhrəmanı olan Qaragöz yeni sərgüzəştləri ilə sizi həm güldürüb əyləndirəcək, həm də düşündürəcək. Əslində, Qaragöz bizi güldürmək üçün çox səy göstərmir. 

Bu kitab ingilis xalqının sevimli nağıl qəhrəmanı – əfsanəvi şotlandiyalı atıcı Robin Hood haqqındadır. 

Nils adlı dəcəl oğlan öz şıltaq əməllərinə görə meşə cırtdanı tərəfindən ovsunlanır və balaca bir adamcığaza çevrilir.

Vanuatu Respublikası

Sahəsi: 12 190 km2 


Əhalisi: 243 min nəfər (2010) 


Əhalinin sıxlığı: 199 nəfər/km2 


Paytaxtı: Port-Vila (46 min nəfər) 


Rəsmi dillər: bislam, ingilis, fransız 


Dini etiqad: protestantlıq (60%), katolilisizm (15%), yerli dinlərə inananlar (8%)


Pul vahidi: vatu 


Dövlət quruluşu: respublika

 

Vanuatu arxipelağına Yeni Hebrid arxipelağı, Melaneziyada Banke və Torres adalarına aid olan 80 ada daxildir. Onlar mənzərəli landşaftı ilə məşhurdur. Vanuatu dövlətinin yerləşdiyi Yeni Hebrid arxipelaqı 1606-cı ildə ispan dəniz səyyahı Pedro Fernando Kiros tərəfindən kəşf olunmuşdur. 1980-ci ilə qədər ölkə Böyük Britaniya və Fransa tərəfindən birlikdə idarə olunurdu. Rütubətli tropik iqlimə malik olan adalarda illik yağıntıların miqdarı 2500-3000 mm-ə qədərdir, dekabrmart aylarında tez-tez siklonlar yaranır.

 

Adalarda tez-tez zəlzələlər baş verir, lakin zəif olur. Əmək qabiliyyətli əhalisinin əsas hissəsi istehlak xarakterli əkinçilik və balıqçılıqla məşğul olur, kokos palması, yams, batat, kakao, qəhvə, şəkər qamışı becərir. Lakin ölkənin əsas gəlirləri turizm və ofşor zonalarda fəaliyyət göstərən banklardan əldə olunan vəsaitin hesabına formalaşır. Sənayedə ağac emal edilir, ərzaq və toxuculuq məhsulları istehsal olunur. Vanuatunun gözəl mənzərəsi, dərin dərələri, sıx tropik meşələrlə örtülmüş dağları, şəffaf dəniz suyu, çimərlikləri və mağaralar kompleksi ölkəyə çoxlu turist cəlb edir. Okeaniyada mədəniyyətinə görə çox müxtəlif olması ilə fərqlənən Vanuatu əhalisinin 80%-i Efate, Espiritu-Santo və Ambrim də daxil olmaqla 11 adada yaşayır. Sakinlərin 98%-i nivanautu xalqının nümayəndələridir.

Yerli əhali 100-dən çox dildə danışır. Az sayda ingilis, fransız, avstraliyalı, Yeni Zelandiyalı, Cənub Şərqi Asiyadan köçənlər yaşayır. Milli zəmində münaqişələr az olur.