YENİ NƏŞRLƏR

Uşaqların və böyüklərin qəhrəmanı olan Qaragöz yeni sərgüzəştləri ilə sizi həm güldürüb əyləndirəcək, həm də düşündürəcək. Əslində, Qaragöz bizi güldürmək üçün çox səy göstərmir. 

Bu kitab ingilis xalqının sevimli nağıl qəhrəmanı – əfsanəvi şotlandiyalı atıcı Robin Hood haqqındadır. 

Nils adlı dəcəl oğlan öz şıltaq əməllərinə görə meşə cırtdanı tərəfindən ovsunlanır və balaca bir adamcığaza çevrilir.

Bermud adaları

Sahəsi: 59 km2 

 

Əhalisi: 64 min nəfər (2006) 

 

İnzibati mərkəzi: Hamilton (11,5 min nəfər) 

 

Rəsmi dil: ingilis 

 

Dini etiqad: katolisizm (15%), protestantlıq (66%) 


Pul vahidi: Bermud dolları 


Dövlət quruluşu: Böyük Britaniyanın mülkü 

 

Bermud adaları Atlantik okeanında, ABŞ-ın sahillərindən 900 km məsafədə yerləşir. Onlar dünyanın ən şimal enliklərində yaranan mərcan mənşəli adalardır. Mərcan piflərinin yaranmasına isti Qolfstrim cərəyanı təsir edir. Adalar 1522-ci ildə ispan dənizçisi X.Bermudes tərəfindən kəşf edilmişdir və onun adını daşıyır. Bermud adalarına 138-dən çox ada daxildir. Onlar vulkan mənşəli süxurlar üzərində mərcanların formalaşması və inkişafı prosesində əmələ gəlmişdir. Əhalinin su ilə təminatı üçün yağış suları toplanır. İsti Qolfstrim cərəyanının təsiri ilə yumşaq və rütubətli iqlim formalaşır. Adalarda çoxlu bitki növləri, o cümlədən manqr cəngəllikləri geniş yayılır. Lakin burada əkinçiliklə məşğul olmaq demək olar ki, mümkün deyildir, yeganə ixrac edilən kənd təsərrüfatı məhsulu güllərdir. 1990-cı illərdə turistlərin sayı azalmışdır, lakin turizm təsərrüfatın ən mühüm sahəsi olaraq qalır. Turistlərin 80%-i ABŞ-dan gəlir.

 

Bermud adalarında xidmət sənayesi, o cümlədən sığorta işi inkişaf etmişdir, həmçinin xüsusi vergi sistemi qəbul edilmişdir. Bu sistem adaları dünyada ən cəlbedici ofşor, yəni vergi və digər maliyyə əməliyyatlarının aparılması zamanı xüsusi güzəştlər verilən zonalar hesab etməyə imkan verir. Adalarda ilk ingilis yaşayış məntəqəsi 1609-cu ildə salınmışdır. O dövrdən Bermud adaları Böyük Britaniyanın müstəmləkəsi olaraq qalır. Ərazi 1968-ci ildə özünüidarə etmək hüququ almışdır. Qaradərili qulların, portuqal və ingilis miqrantlarının nəsillərindən ibarət olan əhalinin həyat səviyyəsi çox yüksəkdir. 1995-ci ildə Bermud adalarının sakinləri tam müstəqilliyin əleyhinə səs vermişlər.