YENİ NƏŞRLƏR

Uşaqların və böyüklərin qəhrəmanı olan Qaragöz yeni sərgüzəştləri ilə sizi həm güldürüb əyləndirəcək, həm də düşündürəcək. Əslində, Qaragöz bizi güldürmək üçün çox səy göstərmir. 

Bu kitab ingilis xalqının sevimli nağıl qəhrəmanı – əfsanəvi şotlandiyalı atıcı Robin Hood haqqındadır. 

Nils adlı dəcəl oğlan öz şıltaq əməllərinə görə meşə cırtdanı tərəfindən ovsunlanır və balaca bir adamcığaza çevrilir.

Tonqa Krallığı

Sahəsi: 748 km2 


Əhalisi: 117 min nəfər (2006) 


Əhalinin sıxlığı: 156,4 nəfər/ km2


Paytaxtı: Nukualofa (34 min nəfər) 


Rəsmi dillər: tonqa, ingilis 


Dini etiqad: metodizm (43%), katolisizm (15%)


Pul vahidi: panqa 


Dövlət quruluşu: monarxiya

 

Ficidən 600 km şərqdə yerləşən Tonqa Krallığının tərkibinə 3 qrup böyük, 172 kiçik ada daxildir. Onlardan yalnız 40-da əhali yaşayır. Tonqa Okeaniyada olan yeganə monarxiya quruluşlu dövlətdir. Tonqada adalar iki sırada yerləşir. Vulkan mənşəli dağlıq relyefə malik olan adalar, o cümlədən Tonqatapu, Xaapay və Vavau adaları dərinliyinə görə Marian çökəkliyindən sonra ikinci yeri tutan Tonqa novundan (10882 m) qərbdədir. Qərbdə ovalıqlardan ibarət mərcan adaları və atollar vardır. Sıx tropik meşələrlə örtülmüş bu adalarda fəaliyyətdə olan vulkanlar yüksəlir. Tonqada yay və qış temperaturları arasındakı fərq Sakit okeanın əksər adalarına nisbətən böyükdür. Adalar Sakit okeanda olan siklonların cənub qurşağında yerləşir, tez-tez tropik qasırğalar və tufanlar təsir göstərir. Orta aylıq temperatur 20°C-dən 27°C-yə qədərdir. 11 ərzində 2000 mm-ə qədər yağıntı düşür. Ən böyük ada olan Tonqatapuda əhalinin 2/3 hissəsi yaşayır, onların 30%-i əkinçiliklə məşğul olur. Becərilən banan, sarıkök, maniok və batat daxili tələbatda istifadə edilir.

 

Balıqçılıq və turizm sahələrinin rolu böyükdür. Sənətkarlıq və tikiş məhsulları istehsal olunur. Elektrik enerjisi istehsal üçün yanacaq idxal edilir.