YENİ NƏŞRLƏR

Uşaqların və böyüklərin qəhrəmanı olan Qaragöz yeni sərgüzəştləri ilə sizi həm güldürüb əyləndirəcək, həm də düşündürəcək. Əslində, Qaragöz bizi güldürmək üçün çox səy göstərmir. 

Bu kitab ingilis xalqının sevimli nağıl qəhrəmanı – əfsanəvi şotlandiyalı atıcı Robin Hood haqqındadır. 

Nils adlı dəcəl oğlan öz şıltaq əməllərinə görə meşə cırtdanı tərəfindən ovsunlanır və balaca bir adamcığaza çevrilir.

Mavritaniya İslam Respublikası

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

Sahəsi: 1030700 km2


Əhalisi: 3,4 mln. nəfər (2010)


Əhalinin sıxlığı: 3,3 nəfər/km2


Paytaxtı: Nuakşot (847 min nəfər)


Əsas dillər: ərəb, volof, fula (tukulor)


Dini etiqad: islam (sünni təriqəti)


Pul vahidi: uqiya


Dövlət quruluşu: respublika

 

Mavritaniya əvvəllər Fransanın müstəmləkəsi olmuş, 1960-cı ildə müstəqillik qazanmışdır. Bu dövrdən sonra ərəb ölkələri ilə əlaqələri genişlənir, lakin regionun geri qalmış ölkələrindən biridir. Mavritaniya Böyük Səhrada və Sahelin yarımsəhra zonasında yerləşir. Əkinçilik Seneqal çayının kənarlarında və Atlantik sahillərinin bəzi rayonlarında mümkündür. Natural təsərrüfatla məşğul olan əkinçilər xurma, taxıl və paxlalı bitkilər, araxis, darı, düyü becərir. Köçəri mal darlar xırda və iri buynuzlu mal-qara, şimalda dəvə saxlayırlar. Sahilboyu şelf ərazilərdə ov əhəmiyyətli balıqlar çoxdur. Dövlət bu sahəni öz nəzarətində saxlayır. Ona görə ki, büdcə  gəlirlərinin əsas hissəsini bu sahə verir. Dəmir filizi ixracı da mühüm əhəmiyyət kəsb edir. Balıqçılıq və dəmir filizi hasilatı ixrac gəlirlərinin 99%-ni verir. Ölkədə qızıl, mis, neft hasil olunur, həmçinin, iri gips ehtiyatlarına malikdir. Mavrlar ərəblər və bərbərlərin nəsilləridir, ölkə əhalisinin böyük əksəriyyətini təşkil edir. Respublikanın si yasi strukturunda onların üstünlük təşkil etməsi müxtəlif etnik qruplara məxsus olan qaradərili əhali arasında narazılıq yaradır. Bu narazılıqlar milli-etnik münaqişələrə səbəb olur. Qaradərili insanlar ölkə əhalisinin 30%-ni təşkil edir.