YENİ NƏŞRLƏR

Uşaqların və böyüklərin qəhrəmanı olan Qaragöz yeni sərgüzəştləri ilə sizi həm güldürüb əyləndirəcək, həm də düşündürəcək. Əslində, Qaragöz bizi güldürmək üçün çox səy göstərmir. 

Bu kitab ingilis xalqının sevimli nağıl qəhrəmanı – əfsanəvi şotlandiyalı atıcı Robin Hood haqqındadır. 

Nils adlı dəcəl oğlan öz şıltaq əməllərinə görə meşə cırtdanı tərəfindən ovsunlanır və balaca bir adamcığaza çevrilir.

Şərqi Afrika Sudan Respublikası

Sahəsi: 1886068 km2


Əhalisi: 30894 min nəfər (2008)

 

Əhalinin sıxlığı: 16,4 nəfər/km2

 

Paytaxtı: Xartum (4273 min nəfər)


Əsas dillər: ərəb, nilot, nubiya, beca


Dini etiqad: islam (95%), xristian (1%), ənənəvi yerli dinlər (4%)


Pul vahidi: Sudan funtu (2007-ci ildən)


Dövlət quruluşu: respublika

 

Sudan uzun illər milli-etnik münaqişələr da vam edən ölkələrdən biridir. Nəticə olaraq 2011- ci ildə onun cənub hissəsi ayrılaraq müstəqil ölkə kimi tanınmışdır. Sudan bölgənin ən kasıb ölkələrindən biridir. Sudan ərazisinin əksər hissəsini geniş yayla lar tutur, burada mütləq hündürlük 300 m-dən 1000 m-ə qədərdir. Onun mərkəzi hissəsi hamardır, şərq və qərb istiqamətlərdə mütləq hündürlük artır.

 

Qərbdə Darfur (Marra d., 3088 m), cənubda Kardofan yaylaları yüksəlir. Ölkə ərazisini Nil çayı cənubdan şimala kəsib keçir, çay Ağ və Mavi Nilin birləşməsindən yaranlır. Çayların birləşdiyi yerdə ölkənin paytaxtı Xar tum şəhəri yerləşir. Çayların sahillərində ol duqca məhsuldar torpaqlar yayılmışdır. Şimalda yerləşən və Nil çayı ilə ayrılan Liviya və Nubi ya səhraları bitki örtüyündən məhrumdur, az mirdarda quru otlar, dənli bitkilər, seyrək ağaclar bitir. Mərkəzdə və cənubdakı gilli düzənliklərdə savannalar, çaylar boyu seyrək meşələr yayılır.

 

Əhalinin əksəriyyəti (70%) ərəblərdən ibarətdir və islam dini üstünlük təşkil edir, be calar 6%, digərləri 3%-dir. Əhalinin sayı sürətlə (ildə 2,15%) artır, əsasən (52%) zəncilərdir. Gəlirlərin əsas hissəsi kənd təsərrüfatı və neft hasilatından əldə olunur. Sudan 1999-cu ildən neft ixrac edir. Sənaye zəif inkişaf etmişdir, nef tin hasilatı və emalı, pambıq emalı, toxuculuq, kənd təsərrüfatı məhsullarının emalı, ayaqqabı  istehsalı, avtomobil yığımı sahələri vardır. Əhalinin 80%-i kənd təsərrüfatında çalışır, bu sahə daxili məhsulun 1/3-ni verir.

 

Əhali pambıq, araxis, kalış, darı, buğda, yapışqan, şəkər qamışı, kassava (tapioka), manqo, papayya, banan, şirin kartof becərir, mal-qara, qoyun, keçi, saxlayır, baıqçılıqla məşğul olur. Qırmızı dəniz sahilində Port-Sudan böyük limandır.