YENİ NƏŞRLƏR

Uşaqların və böyüklərin qəhrəmanı olan Qaragöz yeni sərgüzəştləri ilə sizi həm güldürüb əyləndirəcək, həm də düşündürəcək. Əslində, Qaragöz bizi güldürmək üçün çox səy göstərmir. 

Bu kitab ingilis xalqının sevimli nağıl qəhrəmanı – əfsanəvi şotlandiyalı atıcı Robin Hood haqqındadır. 

Nils adlı dəcəl oğlan öz şıltaq əməllərinə görə meşə cırtdanı tərəfindən ovsunlanır və balaca bir adamcığaza çevrilir.

İslandiya Respublikası

 

 

 

 

 

 

 

 

 

 

Sahəsi: 102 819 km2

 

Əhalisi: 319 min nəfər (2010)

 

Əhalinin sıxlığı: 3,0 nəfər/km2

 

Paytaxtı: Reykyavik (201 min nəfər)

 

Əsas dil: island

 

Dini etiqad: protestantlıq (87% lüteran)

 

Pul vahidi: İslandiya kronu

 

Dövlət quruluşu: respublika

 


İslandiya Atlantik okeanının şimalında cavan, ən böyük vulkan mənşəli adada yerləşir. Sayı digər ölkələrə nisbətən az olan əhalinin əsas məşğuliyyəti balıqçılıqdır.

 

Subarktik dəniz iqlimi şəraitində Qolfstrim cərəyanının yumşaldıcı təsiri hiss olunur. Yanvarın orta temperaturu O°C, iyul 12°C-dir, il ərzində 500 mm-dən 4000 mm-ə qədər yağıntı düşür. İslandiya Şotlandiyadan 798 km şimal qərbdə yerləşir. Adanın dəniz səviyyəsindən orta hündürlüyü 600 m-dən 950 m-ə qədərdir. Ərazisinin 15%-i buzla örtülüdür. Bu səbəbdən onun hərfi mənası "buzlar ölkəsi" deməkdir.

 

Şərqdə və şimal-qərbdə sahil xətləri dərin körfəzlər, sıldırım qayalar və fyordlarla kəskin parçalanmışdır, çox girintili-çıxıntılıdır. Cənub sahilləri nisbətən alçaqdır. Geoloji cəhətdən İslandiyada ərazi cavandır. Ada Orta Atlantika silsiləsinin suyun səthinə qalxması nəticəsində yaranmışdır. Onun mərkəzindən Yer qabığının böyük qırılma zonası olan rift dərəsi keçir. Ona görə də ada dünyanın ən fəal vulkan fəaliyyəti zonalarından biridir.

 

İslandiyanın ilk sakinləri Skandinaviyadan olan normanlar və İrlandiyadan gəlmiş keltlər olmuşdur. Onların nəsilləri ölkənin bütün müasir əhalisini təşkil edir. Əhalinin 2/3 hissəsi paytaxtda yaşayır. Burada İslandiyada olan yeganə universitet və əsası 930-cu ildə qoyulan dünyada ilk qanun veruci orqan-Altinq yerləşir. Ada əvvəlcə Norveçin, sonra Danimarkanın mülkü olmuşdur. Yalnız XX əsrdə respublika elan edilmiş və müstəqillik qazanmışdır.

 

Təsərrüfatın əsasını balıqçılıq və onun məhsullarının emalı sənayesi təşkil edir. Bu sahə ölkəyə gələn ixrac gəlirlərinin 70%-ni verir. Məhsulların xeyli hissəsi Almaniya və Böyük Britaniyaya ixrac olunur. Elektrik ener jisi çoxsaylı SES-lər və Geo TES-lərdə istehsal olunur. Qeyzerlərə İslandiyanın məşhur Böyük Qeyzer mənbəyinə (vadisinə) görə belə ad verilmişdir.