YENİ NƏŞRLƏR

Uşaqların və böyüklərin qəhrəmanı olan Qaragöz yeni sərgüzəştləri ilə sizi həm güldürüb əyləndirəcək, həm də düşündürəcək. Əslində, Qaragöz bizi güldürmək üçün çox səy göstərmir. 

Bu kitab ingilis xalqının sevimli nağıl qəhrəmanı – əfsanəvi şotlandiyalı atıcı Robin Hood haqqındadır. 

Nils adlı dəcəl oğlan öz şıltaq əməllərinə görə meşə cırtdanı tərəfindən ovsunlanır və balaca bir adamcığaza çevrilir.

Razyana

Dünyada 2 növü məlumdur ki, Azərbaycanda onun adi razyana növü becərilir. Bitki kimyəvi tərkibcə meyvə ilə birlikdə 8-12 % yağ, 1,5% efir yağı, 3,5 % şəkər, 10-14% nişasta, 14-17% zülal olmaqla bərabər tərkibində aşı maddələr, alma və kəhrəba turşuları, mineral maddələr, vitaminlərlə də zəngindir. Xalq tərəfindən istər bitkisindən, istərsə də toxumundan geniş istifadə olunur.

Razyananın cavan budaq yarpaq, gövdə, kök və meyvələrindən hazırlanan ədviyyənin efir yağının tərkibi bioloji aktiv maddələrlə zəngindir. Meyvədən dəmləmə şəklində tənəffüs yollarının iltihabında yumşaldıcı, həzm prosesinin yaxşılaşdırılması, köp yatırmaq üçün istifadə olunur. Elmi təbabətdə razyana meyvəsindən soyuqdəymə nəticəsində baş verən xəsəliklərdə öskürək dərmanı kimi, mədə-bağırsaq xəstəliklərində həzm prosesini yaxşılaşdıran bir vasitə kimi istifadə olunur. Eləcə də razyana meyvəsi dəmləmə və bişirmə formasında öd kisəsi iltihabında və böyrək xəstəliklərində qəbul edilir. Xalq təbabətində razyananı çay kimi dəmləyib uşaqlarda baş verən qarın ağrılarında ağrıkəsən və köpmənin qarşısını alan dərman kimi işlədirlər. Razyana bitkisnin qurusundan müxtəlif xörəklərdə istifadə edirlər. Bunlardan başqa onlardan xiyar, kələm, pomidor, şorba, ətirli çay, qənnadı, ətriyyat, kosmetikada, əczaçılıq və sabun bişirmə sənayesində qatqı kimi istifadə olunur. Müxtəlif sərinləşdirici içkilərə və şirin şərbətlərə xoş ətir vermək üçün də əlavə edilir.