YENİ NƏŞRLƏR

Uşaqların və böyüklərin qəhrəmanı olan Qaragöz yeni sərgüzəştləri ilə sizi həm güldürüb əyləndirəcək, həm də düşündürəcək. Əslində, Qaragöz bizi güldürmək üçün çox səy göstərmir. 

Bu kitab ingilis xalqının sevimli nağıl qəhrəmanı – əfsanəvi şotlandiyalı atıcı Robin Hood haqqındadır. 

Nils adlı dəcəl oğlan öz şıltaq əməllərinə görə meşə cırtdanı tərəfindən ovsunlanır və balaca bir adamcığaza çevrilir.

Samoa Müstəqil Dövləti

 

 

 

 

 

 

 

 

 

 

Sahəsi: 2831 km2 


Əhalisi: 214,0 min nəfər (2006)


Əhalinin sıxlığı: 75,6 nəfər/ km2 


Paytaxtı: Apia (36 min nəfər) 


Rəsmi dillər: samoa, ingilis 


Dini etiqad: protestantlıq, katolisizm 


Pul vahidi: tala 


Dövlət quruluşu: respublika

 

 

Samoa Okeaniyanın qədim ənənələr ən çox qorunan ölkəsidir. O, Polineziyada ilk dəfə olaraq, 1961-ci ildə öz müstəqilliyini qazanmışdır. 1997- ci ilə qədər Qərbi Samoa adlanmışdır.

 

Samoa Respublikası Savayi və Upolu kimi iki böyük adadan, iki nisbətən kiçik və beş əhali yaşamayan adadan ibarətdir. Mərcan polipləri ilə əhatə olunan böyük adalar vulkan mənşəli sualtı silsilələrin suyun səthinə çıxan zirvələridir. Onlar sıx tropik meşələrlə örtülür, kiçik, lakin sürətlə axan çaylar vardır. Sahil boyu ensiz ovalıq zolağı ilə əhatə olunur. Ölkədə tropik iqlim hakimdir, orta illik temperatur 27°C, yağıntıların illik miqdarı 2500 mm-dən 7000 mm-ə qədərdir. Samoa aqrar ölkədir, əhalinin 66%-i kənd yerlərində yaşayır.

 

Kənd təsərrüfatında kokos, kakao ləpəsi, qəhvə becərilir, iri buynuzlu mal-qara, donuz saxlanılır. Əkinçiliklə başlıca olaraq kiçik təsərrüfatlarda məşğul olurlar. Lakin ixraca gedən, bərk oduncaqlı, kokos palması, banan yetişdirilən iri təsərrüfatlar da vardır. Balıq ovu irigövdəli qayıqlar olan katamaranlarda aparılır. Bu sahə ada sakinlərinin ənənəvi peşələrindən biridir. Samoalılar adətən icmalarda yaşayır. Onlar satılması mümkün olmayan ərazinin 80%-də yaşayır. Hər bir icmanın real hakimiyyətə malik olan başçıları vardır. Meşələrin qırılması və torpaqların eroziyası ciddi problemlərdir. Meşələrin yarısı qırılmış, yerli faunanın bir çox növlərinin yaşayış yeri məhv olmuşdur. Hökumət meşələrin nəzarətsiz qırılmasını məhdudlaşdıran və ölkənin müəyyən rayonlarını nəzarətə götürən qanunlar qəbul etmişdir.

 

Ölkədə enerji tələbatının 35%-i istehsal olunur. Ona görə başqa məhsullarla yanaşı, enerji daşıyıcıları da idxal olunur. Turizm sənayesinin inkişaf etməsinə baxmayaraq ölkənin böyük xarici borcu vardır, işsizlik yüksək səviyyədədir. Minlərlə samoalı yaxşı yaşamaq üçün ABŞ, Yeni Zelandiya və Şərqi Samoaya gedir. Sənayedə kənd təsərrüfatı məhsullarının emalı, ərzaq, paltar, ayaqqabı, suvenir, tütün məmulatı istehsalı üzrə kiçik müəssisələr vardır.