YENİ NƏŞRLƏR

Uşaqların və böyüklərin qəhrəmanı olan Qaragöz yeni sərgüzəştləri ilə sizi həm güldürüb əyləndirəcək, həm də düşündürəcək. Əslində, Qaragöz bizi güldürmək üçün çox səy göstərmir. 

Bu kitab ingilis xalqının sevimli nağıl qəhrəmanı – əfsanəvi şotlandiyalı atıcı Robin Hood haqqındadır. 

Nils adlı dəcəl oğlan öz şıltaq əməllərinə görə meşə cırtdanı tərəfindən ovsunlanır və balaca bir adamcığaza çevrilir.

Rəsədxana nədir?

Hələ ta qədim dövrlərdən insanlar bu uzaq və sirli olan ulduzlu səmanı müşahidə edir və öyrənirdilər. Bu barədə bizə qədim tikililərin qalıqları deyir. Ən müxtəlif ölkə və xalqlar: Misir, Hindistan və Çin, habelə mayya hinduları, ərəblər səma işıqlarını müşahidə etmək üçün xüsusi binalar inşa edirdilər və bu, ilk rəsədxanalar idi.


Müasir rəsədxanalar nəhəng ölçülü tikililərdir. Kosmik fəzanın müşahidə edilməsi üçün onlarda ən müasir texnikalardan istifadə edilir. Rəsədxanalardan astronomlar və fiziklər işləyir, onlar ulduzların koordinatlarını təyin edir, planet və peyklər, həmçinin kosmosda baş verən dəyişiklikləri izləyirlər. Rəsədxananın ən əsas cihazı rəsdxananın ən yuxarı hissəsində hərəkət edən qübbənin içərisində yerləşən teleskopdur. Adətən, rəsədxanaları təmiz havası və yaxşı görünüşü olan hündürlüklərdə tikirlər.