YENİ NƏŞRLƏR

Uşaqların və böyüklərin qəhrəmanı olan Qaragöz yeni sərgüzəştləri ilə sizi həm güldürüb əyləndirəcək, həm də düşündürəcək. Əslində, Qaragöz bizi güldürmək üçün çox səy göstərmir. 

Bu kitab ingilis xalqının sevimli nağıl qəhrəmanı – əfsanəvi şotlandiyalı atıcı Robin Hood haqqındadır. 

Nils adlı dəcəl oğlan öz şıltaq əməllərinə görə meşə cırtdanı tərəfindən ovsunlanır və balaca bir adamcığaza çevrilir.

Antibiotik

Antibiotiklər yunanca (anti əksinə, bios həyat) canlı orqanizmlərin həyat fəaliyyəti məhsulları olub, mikroorqanizmləri məhv etmək və ya onların inkişafının qarşısını almaq xüsusiyyətinə malikdir.

 

Mikroorqanizmlər tərəfindən antibiotiklər hazırlanması mikrob antaqonizminin əsas təzahür formalarından biridir. Antoqonislik xüsusiyyətə malik olan mikroorqanizmlər ən çox torpaqda rast gəlinir.

 

Bəzi göbələk və kif kimi canlı orqanizmlər təbii yolla antibiotiklər istehsal edir, həmçinin onları süni yolla, laboratoriyada da əldə etmək olar. 

 

Antibiotiklər haqqında təlimin əsası ingilis alimi A.Fleminqin işləri ilə qoyulmuşdur. O, müşahidə etmişdir ki, qidalı mühitdə qızılı stafilokoklar burada təsadüfən bitmiş Penicillium notatum göbələyinin koloniyası ətrafında bitmirlər.