YENİ NƏŞRLƏR

Uşaqların və böyüklərin qəhrəmanı olan Qaragöz yeni sərgüzəştləri ilə sizi həm güldürüb əyləndirəcək, həm də düşündürəcək. Əslində, Qaragöz bizi güldürmək üçün çox səy göstərmir. 

Bu kitab ingilis xalqının sevimli nağıl qəhrəmanı – əfsanəvi şotlandiyalı atıcı Robin Hood haqqındadır. 

Nils adlı dəcəl oğlan öz şıltaq əməllərinə görə meşə cırtdanı tərəfindən ovsunlanır və balaca bir adamcığaza çevrilir.

Dazıotu

Dazıotu - Sarı kantaron adlanır.


Ölkəmizdə çox geniş yayılmış dazıotu bitkisi çöllərdə, kiçik təpələrdə rast gəlinir və demək olar ki, öz -özünə bitir. Bu bitkiyə Amerikadan Asiyaya qədər bütün ölkələrdə rast gəlmək olur.


Dazıotu bitkisinin görünüşü də dadı qədər rahatlaşdırıcı təsirə malikdir. Sarı rəngli çiçəkləri olan bu bitki çox gözəl görünüşə malikdir. Bitkini işığa tərəf tutduğumuzda içindəki yağ nöqtələri aydın görsənir.


Dazıotu bitkisinin həm kökləri, həm də çiçəkləri şəfalıdır. Bu bitki çiçək açan dövrdə toplanılır, açıq-quru havada qurudulur və dərman bitkisi kimi bir cox xəstəliklərdə istifadə olunur.


Ən cox sakitləşdirici xüsusiyyəti ilə məhşur olan bitki saysız-hesabsız xəstəliklər zamanı istifadə olunur. Hormonal balansı tənzimlədiyi ücün tiroid vəzində problemi olanların həyatını asanlaşdırır. Menopauzaya girmiş qadınlarda sakitləşdirici təsir edərək bu dövrün asan keçməsinə və sinirlərin sakitləşməsinə təsir edir. Dəridəki yara, kəsik, yanıq və ekzemalarda yara sağaldıcı kimi istifadə olunur. Antioksidant, antiseptik təsirə malik olan dazı otu bitkisi həm də qış aylarında qrip, soyuqdəymə hallarında tez sağalmağa kömək edir. Qastritlərdə tez sağalmaya kömək edir, həzmi asanlaşdırır, iştahı aradan qaldırır baş və sümük ağrıları olduğu zaman dazıotu çayı gözəl effekt verir.


Dazıotu bitkisindən istifadə xəstəlikdən asılı olaraq dəyişir. Bu cür istifadə daha gözəl nəticələr verər. Əgər stres, qayğı, həyacan və yuxusuzluqdan əziyyət cəkirsizsə axsamlar bir stakan dazıotu çayı içə bilərsiz.


Yüksək təzyiqi olan, antidepresant içən, qan durulaşdırıcı qəbul edən insanlar da bu çay içməməlidir.


Alzheymer və Şizofreniya xəstələri dazıotu çayından istifadə etməməlidir.