YENİ NƏŞRLƏR

Uşaqların və böyüklərin qəhrəmanı olan Qaragöz yeni sərgüzəştləri ilə sizi həm güldürüb əyləndirəcək, həm də düşündürəcək. Əslində, Qaragöz bizi güldürmək üçün çox səy göstərmir. 

Bu kitab ingilis xalqının sevimli nağıl qəhrəmanı – əfsanəvi şotlandiyalı atıcı Robin Hood haqqındadır. 

Nils adlı dəcəl oğlan öz şıltaq əməllərinə görə meşə cırtdanı tərəfindən ovsunlanır və balaca bir adamcığaza çevrilir.

Qüdrət narı

Qüdrət narı, bəzi yerlərdə Afrika xiyarı, acı qovun, balzam alması və ya armudu da deyilir. Latınca momordica adının mənası dişlənmiş, sanki yeyilmiş kimi görünən deməkdir.

 

Kal olarkən yaşıl, yetişəndə sarı-qırmızıya çalan rəng alır.


Vətəni Şərqi Hindistan olsa da Azərbaycan da əkilib-becərilir. Türkiyədə çox məşhurdur.


Bu nar növü, əczaçılıq sahəsində geniş istifadə olunur. Qüdrət narı bol su və günəşlə təmin olunarsa, onun hətta dibçəkdə də yetişdirmək mümükündür. Əksər xəstəliklərin müalicəsində istifadə edilən nar, həm də kolit, qastrit kimi mədə və bağırsaq pozulmalarına da güclü təsir edir.


Həzm xəstəlikləri üçün yaxşıdır. Eyni zamanda yanıq və yaralara da çox müsbət təsir edir.


Meyvənin üst hissəi çox acı olur, ona görə balla qarışdırılır.