YENİ NƏŞRLƏR

Uşaqların və böyüklərin qəhrəmanı olan Qaragöz yeni sərgüzəştləri ilə sizi həm güldürüb əyləndirəcək, həm də düşündürəcək. Əslində, Qaragöz bizi güldürmək üçün çox səy göstərmir. 

Bu kitab ingilis xalqının sevimli nağıl qəhrəmanı – əfsanəvi şotlandiyalı atıcı Robin Hood haqqındadır. 

Nils adlı dəcəl oğlan öz şıltaq əməllərinə görə meşə cırtdanı tərəfindən ovsunlanır və balaca bir adamcığaza çevrilir.

Şərqi Samoa

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

Sahəsi: 199 km2 


Əhalisi: 65 min nəfər (2009) 


İnzibati mərkəzi: Paqo-Paqo (5000 nəfər)


Rəsmi dillər: ingilis, samoa


Dini etiqad: protestantlıq (80%), katolisizm (20%)


Pul vahidi: ABŞ dolları


Dövlət quruluşu: ABŞ-ın mülkü 

 

 

ABŞ-ın mülkü olan Şərqi Samoa iki mərcan atolunda və altı vulkan mənşəli adada yerləşir. Onlardan ən böyüyü Tutuila adasıdır.

 

Okeaniyanın digər ölkələrinə nisbətən Şərqi Samoaya az turist gəlir. Təsərrüfatda balıqçılıq xüsusi əhəmiyyət kəsb edir. ABŞ-da istehlak edilən dondurulmuş və konserv olunmuş tunes balığının 1/4-i ərazinin əsas şəhəri olan Paqo-Paqoda yerləşən müəssisədən gəlir. Paqo-Paqo buxtası Sakit okeanın ən gözəl və dərin buxtalarından biridir.

 

Buxta milyon illər əvvəl vulkan kraterinin dəniz suyu ilə dolması nəticəsində yaranmışdır. Tutuila adasında əhalinin əsas hissəsi cəmlənir. Şərqi Samoa sakinləri hələ də iri ailə icmalarında yaşayaraq, keçmişin adətlərini qoruyub saxlayırlar. Lakin gənclər ənənəvi həyat tərzindən imtina edərək qərb dəyərlərinə üstünlük verir. Şərqi Samoa kəskin parçalanmış relyefə malik olan vulkan mənşəli adalardır. Adaların səthi mərkəzdəki yüksək rayonlardan sahillərə doğru alçalır, dik qayalar və buxtalar bir-birini əvəz edir. Adaların daxili rayonlarını örtən sıx tropik meşələr çoxlu sayda quş növlərinin, həmçinin kərtənkələ, uçan tülkü, ilan, siçovulun yaşamasına imkan verir.

 

Burada rütubətli tropik iqlim hakimdir, illik yağıntının miqdarı 5000 mm-dən çox olur və əsasən leysan yağışları formasında düşür. Dekabrdan martadək güclü qasırğalar olur.