YENİ NƏŞRLƏR

Uşaqların və böyüklərin qəhrəmanı olan Qaragöz yeni sərgüzəştləri ilə sizi həm güldürüb əyləndirəcək, həm də düşündürəcək. Əslində, Qaragöz bizi güldürmək üçün çox səy göstərmir. 

Bu kitab ingilis xalqının sevimli nağıl qəhrəmanı – əfsanəvi şotlandiyalı atıcı Robin Hood haqqındadır. 

Nils adlı dəcəl oğlan öz şıltaq əməllərinə görə meşə cırtdanı tərəfindən ovsunlanır və balaca bir adamcığaza çevrilir.

Niue

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

Sahəsi: 259 km2 


Əhalisi: 2100 nəfər (2006) 


İnzibati mərkəzi: Alofi (600 nəfər)


Rəsmi dillər: ingilis, niue 


Din: protestantlıq 


Pul vahidi: Yeni Zelandiya dolları 


Dövlət quruluşu: Yeni Zelandiyanın mülkü

 

 

Yeni Zelandiyanın mülküdür. O, metropoliyadan təxminən 2500 km aralı yerləşir. Niue Sakit okeanın cənubunda, Polineziyada ellipis (oval) formasında adadır.

 

Adanı 1774-cü ildə C.Kuk kəşf etmiş, ilk ingilislər bura 1830-cu ildə gəlmişdir. Niueyin daxilində okean səviyyəsindən 60 m-dək qalxan plato okeana tərəf sıldırım şəklində enir. Əhalinin çox hissəsi sıx palma və banan ağaclarından ibarət meşələrin yayıldığı sahilboyu məhsuldar torpaqlarda məskunlaşır. Burada torpaqlar yüksək keyfiyyətli olmasa da, ərazinin 1/4 hissəsi əkinçilik üçün yararlıdır.

 

Adada banan və kokos becərilir, lakin səth axını - çaylar yoxdur. İl ərzində 2000 mm yağıntı düşür. Sular torpaqdan və məsaməli əhəngdaşı süxurlarından hoparaq okeana axır. Ada sakinləri yağış suyunu saxlayır və istifadə edirlər.

 

Hər il Niueyə gələn 4,0 min nəfər turistlərə xidmət onun gəlirinin əsas hissəsini təşkil edir. Yeni Zelandiyanın maliyyə yardımı ilə adada infrastruktur sahələr inkişaf etdirilir, televiziya kanalları və telefon şəbəkəsi açılmışdır. Lakin xeyli sayda ada sakini işləmək üçün Yeni Zelandiyaya getmiş, nəticədə son 40 ildə əhalinin sayı 2,0 dəfə azalmışdır. Bu ölkə miqrasiyanın qarşısını almaq üçün adaya investisiya qoyur, iş yerləri yaradır.

 

Niue xalqı Samoa və Tonqa sakinlərinin bura gəlməsi nəticəsində formalaşmış, uzun illər öz dilləri yaranmışdır. Bütün Niue əhalisi Yeni Zelandiyanın vətəndaşlarıdır.