YENİ NƏŞRLƏR

Uşaqların və böyüklərin qəhrəmanı olan Qaragöz yeni sərgüzəştləri ilə sizi həm güldürüb əyləndirəcək, həm də düşündürəcək. Əslində, Qaragöz bizi güldürmək üçün çox səy göstərmir. 

Bu kitab ingilis xalqının sevimli nağıl qəhrəmanı – əfsanəvi şotlandiyalı atıcı Robin Hood haqqındadır. 

Nils adlı dəcəl oğlan öz şıltaq əməllərinə görə meşə cırtdanı tərəfindən ovsunlanır və balaca bir adamcığaza çevrilir.

Kuk adaları

Sahəsi: 237 km2 


Əhalisi: 19,6 min nəfər 


İnzibati mərkəzi: Avarua (14,2 min nəfər)


Rəsmi dillər: ingilis, maori 


Dini etiqad: katolisizm 


Pul vahidi: Yeni Zenlandiya dolları


Dövlət quruluşu: Yeni Zelandiyanın mülkü

 

Kuk adaları iki qrup vulkan və mərcan mənşəli adalardan ibarətdir. Onlar Sakit okeanda 2,2 mln. km2 əraziyə səpələnir. Adalar 1770-ci ildə C.Kuk tərəfindən kəşf edilmişdir.

 

Kuk adaları 6 mərcan mənşəli atolldan və 9 vulkan mənşəli adalardan təşkil olunur. Əhali ən böyük ada olan Rarotonqada yaşayır. Avarua şəhəri də burada yerləşir. Sakinləri Yeni Zelandiyada yaşayan maori xalqı ilə etnik cəhətdən əlaqəlidir. Ona görə maori dili ingilis dili ilə bərabər işlədilir.

 

Əhali balıq ovlayır, ananas və başqa tropik meyvələr becərir. Lakin ən çox gəliri turizm və ofşor banklar gətirir. Onlar vergi vermir, illik üzvlük haqqı ödəyir. Süni mirvari yetişdirilir. Adalar Yeni Zelandiya ilə sıx əlaqəlidir, onun əsas ticarət müttəfiqidir.