YENİ NƏŞRLƏR

Uşaqların və böyüklərin qəhrəmanı olan Qaragöz yeni sərgüzəştləri ilə sizi həm güldürüb əyləndirəcək, həm də düşündürəcək. Əslində, Qaragöz bizi güldürmək üçün çox səy göstərmir. 

Bu kitab ingilis xalqının sevimli nağıl qəhrəmanı – əfsanəvi şotlandiyalı atıcı Robin Hood haqqındadır. 

Nils adlı dəcəl oğlan öz şıltaq əməllərinə görə meşə cırtdanı tərəfindən ovsunlanır və balaca bir adamcığaza çevrilir.

Fransa Polineziyası

Sahəsi: 4,2 min km2 (quru sahəsi 3,4 min km2) 


Əhalisi: 279 min nəfər (2006) 


İnzibati mərkəzi: Papeete (132 min nəfər)


Rəsmi dillər: fransız, taiti 


Dini etiqad: katolisizm


Pul vahidi: Sakit okean frankı


Dövlət quruluşu: Fransa mülkü 

 

Okeaniyanın şərq kənarlarında yerləşən Fransa Polineziyasının tərkibinə daxil olan beş arxipelaqda 120 ada vardır. Fransa Polineziyasına Markiz, Cəmiyyət, Qambye, Tubuai və Tuamotu adaları aiddir. Bütün böyük adalar vulkan mənşəlidir.

 

Onlar floranın müxtəlifliyi ilə fərqlənir. Ada sakinlərinin sevimli bəzək bitlisi olan tiare böyük çiçəklər açır. Böyük adalarda əhalinin əsas məşğuliyyəti turistlərə xidmət etməkdir. Ayrı-ayrı adalarında əhali əkinçilik və heyvandarlıqla məşğul olur.

 

Əhalinin 75%-i Cəmiyyət adalarının tərkibinə daxil olan Taiti adasında yaşayır, inzibati mərkəz olan Papeete şəhəri də adada yerləşir. Fransa Polineziyası süni mirvari istehsalında dünya lideridir. Fransa hərbi bazaları adalarda xeyli iş yeri yaradır və çoxlu gəlir gətirir.

 

1990-cı ildə Mururua atolunda nüvə silahını sınaqdan keçirilməsi ciddi etrirazlara səbəb olmuşdur. Fransa Polineziyasının şimal və cənub adaları arasındakı məsafə 2 min km-dən çoxdur. Bu əraziləri dünyanın cənnət guşəsi adlandırırlar. 2001-ci ildə adalarda 200 min nəfər turist olmuşdur. Mərcan polipləri ilə əhatələnən BoraBorada inzibatı ərazinin ən dəbdəbəli və bahalı mehmanxanaları yerləşir. Bura varlı turistlərin sevimli istirahət yeridir.