YENİ NƏŞRLƏR

Uşaqların və böyüklərin qəhrəmanı olan Qaragöz yeni sərgüzəştləri ilə sizi həm güldürüb əyləndirəcək, həm də düşündürəcək. Əslində, Qaragöz bizi güldürmək üçün çox səy göstərmir. 

Bu kitab ingilis xalqının sevimli nağıl qəhrəmanı – əfsanəvi şotlandiyalı atıcı Robin Hood haqqındadır. 

Nils adlı dəcəl oğlan öz şıltaq əməllərinə görə meşə cırtdanı tərəfindən ovsunlanır və balaca bir adamcığaza çevrilir.

İsrail Respublikası

 

 

 

 

 

 

 

 

 

 

 

 

Sahəsi: 20400 km2 (İşğal edilmiş Şərqi Yerusəlim və Colan təpəliyi, həmçinin İordan çayının qərb sahilləri və Qəzza bölgəsi istisna olmaqla)

 

Əhalisi: 7,6 mln. nəfər (Şərqi Yerusəlim və Colan təpəliyi daxil olmaqla) (2010)

 

Əhalinin sıxlığı: 372 nəfər/km2

 

Paytaxtı: Təl-Əviv (şəhərətrafı ilə 1,1 mln. nəfər), Yerusəlim (757 min nəfər)

 

Əsas dillər: ivrit və ərəb

 

Dini etiqad: iudaizm (80%), islam və xristianlıq

 

Pul vahidi: Yeni şekel

 

Dövlət quruluşu: respublika

 

1948-ci ildə Ərəb ölkələrinin əhatəsində yəhudilər üçün İsrail dövləti, Fələstin ərəbləri üçün Fələstin yaradılmışdır. Lakin İsrail 1967- ci ildə Fələstinin ərazisini (Qəzza bölgəsi və İordan çayının qərb sahillərini) də işğal etmişdir.

 

Fələstinin dövlət müstəqilliyinin bərpa edilməsi, sərhədlərin toxunulmazlığının təminatı uzun illərdir ki, həll edilməmiş problem olaraq qalır. Buna görə ərəblərlə yəhudilər arasında hərbi münaqişələr davam edir. israil Aralıq dənizinin şərq sahilində yerləşir. İsrailin landşaftı müxtəlifdir. Aralıq dənizinin sahilləri boyu uzanan düzənliyin eni bəzi yerlərdə 40 km-ə çatır. Bu ərazidə ölkə əhalisinin yarısından çoxu, sənaye müəssisələrinin əsas hissəsi və kənd təsərrüfatına yararlı sahələrin əksəriyyəti yerləşir. Sahilboyu düzənlikərdən şərqdə, şimaldan cənuba doğru, hündürlüyü 500-1000 m arasında olan yayla uzanır.

 

Ölkənin şərq sərhədləri boyu iri tektonik qırılma zonasında Ölü dəniz yerləşir. İsrailin cənubunu təpəlik Neqev səhrası tutur. İsraildə müasir irriqasiya üsulları və mütərəqqi texnologiyaların tətbiq edilməsi kənd təsərrüfatı məhsulları istehsalının artmasına imkan verir. Ölkədə buğda, çəltik, zeytun, meyvə-tərəvəz güllər becərilir. İsrailin təsərrüfatının əsasını sənaye və xidmət sahələri təşkil edir. Ölkədə metalluriya, maşınqayırma, o cümlədən, hərbi sənaye məhsulları da daxil olmaqla, gəmiqayırma və aviasiya texnikaları istehsalı dinamik inkişaf etdirilir. Yeni elmi nailiyyətlər tibbi cihazlar, kompüterlər, robotlar, optik liflər (kabellər), dərman və kimyəvi preparatlar istehsalında istifadə edilir. İsrail almazın təmizlənməsi və cilalanması üzrə dünyanın başlıca mərkəzlərindən biridir. 

 

Almaz (brilliant) ixracı valyuta gəlirlərinin 25%-ni təmin edir. İsrail ilə geniş ticarət aparan ölkələr sırasına Avropa ölkələri və Yaponiya da daxildir. Ölkə əhalisinin 81%-ni yəhudilər, 19%-ni ərəblər təşkil edir. 2006-cı ildə HAMAS təşkilatı Fələstində hakimiyyətə gəldikdən sonra gərgin vəziyyət yaranmışdır. Problemin həlli üçün Fələstinin özündə Vahid Milli Başırıq Hökuməti yaradılmalıdır.