YENİ NƏŞRLƏR

Uşaqların və böyüklərin qəhrəmanı olan Qaragöz yeni sərgüzəştləri ilə sizi həm güldürüb əyləndirəcək, həm də düşündürəcək. Əslində, Qaragöz bizi güldürmək üçün çox səy göstərmir. 

Bu kitab ingilis xalqının sevimli nağıl qəhrəmanı – əfsanəvi şotlandiyalı atıcı Robin Hood haqqındadır. 

Nils adlı dəcəl oğlan öz şıltaq əməllərinə görə meşə cırtdanı tərəfindən ovsunlanır və balaca bir adamcığaza çevrilir.

Filateliya

Filateliya marka kolleksiyası toplamaq deməkdir. Lakin hər marka toplusu kolleksiya, hər marka toplayan isə filatelist deyil. Sadəcə çox marka yığmaq aludəçiliyi insana bilik və zövq aşılamır.

 

Əsl filatelist öz markaları haqqında, markanın həsr olunduğu hadisələr, üzərində təsvir olunmuş adamlar haqqında çox şey öyrənməyə çalışmalıdır. Yaxşı olar ki, bir mövzuya – hər hansı ölkəyə, əlamətdar hadisəyə, heyvanlar və bitkilər aləminə, kosmos mövzusuna həsr olunmuş kolleksiya toplayasınız.

 

Müəyyən ölkə haqqında marka  topladıqda onun tarixini, coğrafiyasını öyrənin. Marka əlamətdar hadisənin şərəfinə buraxılıbsa, onun haqqında daha çox məlumat toplamağa səy göstərin.

 

Markaların öyrənilməsi onların çap üsulları, poçt işinin tarixi haqqında faydalı bilik qazanmağa imkan verir. Məsələn, siz girdə şəkilli markaların, yaxud 175 kvadrat santimetr ölçüdə  nəhəng markaların, əl ilə düzəldilmiş markaların buraxıldığını bilirsinizmi?

 

Azərbaycanda ilk filatelistlər dərnəyi  1957- ci ildə Bakıda yaradılmış, 1958-ci ildə o, kolleksiyaçılar cəmiyyətinə, 1966-ci ildə isə Ümumittifaq Filatelistlər Cəmiyyətinin Bakı şöbəsinə çevrilmişdir. Azərbaycan müstəqillik əldə etdikdən sonra müstəqil təşkilat kimi fəaliyyət göstərir. Respublikanın bir çox filatelisti beynəlxalq və sabiq SSRİ-də keçirilən filateliya sərgilərində uğurla çıxış etmişdir.