YENİ NƏŞRLƏR

Uşaqların və böyüklərin qəhrəmanı olan Qaragöz yeni sərgüzəştləri ilə sizi həm güldürüb əyləndirəcək, həm də düşündürəcək. Əslində, Qaragöz bizi güldürmək üçün çox səy göstərmir. 

Bu kitab ingilis xalqının sevimli nağıl qəhrəmanı – əfsanəvi şotlandiyalı atıcı Robin Hood haqqındadır. 

Nils adlı dəcəl oğlan öz şıltaq əməllərinə görə meşə cırtdanı tərəfindən ovsunlanır və balaca bir adamcığaza çevrilir.

Kosta-Rika Respublikası

 

 

 

 

 

 

 

 

 

 

Sahəsi: 51100 km2

 

Əhalisi: 4,6 mln. nəfər (2010)

 

Əhalinin sıxlığı: 90 nəfər/km2

 

Paytaxtı: San-Xose (1,5 mln. nəfər)

 

Rəsmi dil: ispan

 

Din etiqad: katolisizm (80%)

 

Pul vahidi: Kosta-Rika kolonu

 

Dövlət quruluşu: respublika

 

Kosta-Rika Respublikası Mərkəzi Amerikanın davamlı inkişaf edən və çiçəklənən ölkələrindən biridir. Kənd əhalisinin əsas məşğuliyyət sahəsi və gəlir mənbəyi qəhvə istehsalıdır. Kosta-Rika ensiz Mərkəzi Amerika bərzəxini bütün eni boyu tutur, ölkənin hər iki sahilboyu hissəsi əsasən ovalıqdır. Şərq hissələr qərbə nisbətən daha çox yağıntı alır. Lakin hər iki sahil üçün manqr bataqlıqları və ağ qumlu çimərliklər səciyyəvidir.

 

Kosta-Rikanın mərkəzində və cənubunda vulkan mənşəli parçalanmış dağlar yüksəlir, ölkənin mərkəzində əsas dağ silsilələri arasında böyük yayla yerləşir. Burada ölkə əhalisinin əksəriyyəti yaşayır. Subekvatorial  qurşaqda yerləşən ölkədə yanvarın orta temperaturu 23°C, iyulda 25°C-dir. İllik yağıntıların miqdarı 2000 mm-dən 5000 mm-ə qədər olur.

 

Kosta-Rikanın təxminən 1/3-i rütubətli tropik meşələrlə örtülüdür. 1000 növdən çox səhləb çiçəyi bitir.

 

Kosta-Rikanın əhalisi əsasən Avropa mənşəlidir, belə vəziyyət region ölkələri üçün səciyyəvi deyildir. Yerli hindular burada əhalinin 1%-dən azını təşkil edir, 3%-ə yaxın əhali qaradərilidir.

 

Əmək qabiliyyətli əhalinin 14%-i kənd təsərrüfatında məşğuldur, şəkər qamışı, kakao, qarğıdalı, pambıq, tütün əkilir. Banan və qəhvə ixracı ölkənin gəlirinin 50%- qədərini təmin edir. Kosta-Rika regionda qəhvə becərilməsi və ixracı başlanan ilk ölkədir. Qəhvə plantasiyaları ölkə əhalisinin demək olar ki, yarısını işlə təmin edir. Kosta-Rikada elektrik enerjisi başlıca olaraq SES-lərdə istehsal olunur. Boksit hasilatı, həmçinin turizm mühüm əhəmiyyət kəsb edir, yeyinti, toxuculuq, kimya, ağac emalı sahələri yaradılmışdır.

 

1948-ci ildəki vətəndaş müharibəsindən sonra Kosta-Rika həmişə sülh şəraitində yaşamışdır. Burada sosial müdafiə sistemi Mərkəzi Amerikada ən yüksək inkişaf etməsi ilə fərqlənir. 15 yaşa qədər uşaqlar üçün təhsil məcburi və pulsuzdur. Kosta-Rikada Mərkəzi Amerika Universiteti yerləşir. Ölkənin xərclərinin 25%-ə qədəri səhiyyə sisteminə sərf edilir. Bu, Mərkəzi Amerikada ən yaxşı göstəricidir. ABŞ tərəfindən köməyin azalması, ölkəyə idxal edilən neftin qiymətinin artması, qəhvə və bananın satış qiymətinin aşağı düşməsi böyük xarici borcun yaranmasına səbəb olmuşdur.