YENİ NƏŞRLƏR

Uşaqların və böyüklərin qəhrəmanı olan Qaragöz yeni sərgüzəştləri ilə sizi həm güldürüb əyləndirəcək, həm də düşündürəcək. Əslində, Qaragöz bizi güldürmək üçün çox səy göstərmir. 

Bu kitab ingilis xalqının sevimli nağıl qəhrəmanı – əfsanəvi şotlandiyalı atıcı Robin Hood haqqındadır. 

Nils adlı dəcəl oğlan öz şıltaq əməllərinə görə meşə cırtdanı tərəfindən ovsunlanır və balaca bir adamcığaza çevrilir.

Kuba Respublikası

 

 

 

 

 

 

 

 

 

 

Sahəsi:110861 km2

 

Əhalisi: 11,4 mln. nəfər (2006)

 

Əhalinin sıxlığı: 102,8 nəfər/km2

 

Paytaxtı: Havana (2,4 mln. nəfər)

 

Rəsmi dil: ispan

 

Din etiqad: katolisizm (85%)

 

Pul vahidi: Kuba pesosu

 

Dövlət quruluşu: respublika

 

Kuba Karib hövzəsinin ən böyük adasıdır, bənzəri olmayan ölkədir. Uzun və ensiz formada olan ada ABŞ-ın Florida ştatından cəmi 144 km cənubdadır. Belə yaxın olmasına baxmayaraq onlar uzun illərdir ki, qarşıdurma münasibətində yaşayırlar.

 

Kuba enlik istiqamətində 1260 km məsafədə uzanır, eni 191 km-dir. Şimalda və şərqdə Atlantik okeanının, cənubda Karib dənizinin suları ilə yuyulur, qərb kənarları Meksika körfəzinin sularına çatır, ölkə ABŞ-dan Florida boğazı ilə, Haiti adasından Küləktutan boğazla ayrılır.

 

Kubanın ən yaxın qonşusu olan Yamaykaya qədər məsafə 139 km-dir. Kubaya böyük ada olan Xuventud (Gənclik adası) və çoxsaylı kiçik adalar daxildir. Yüzlərlə təbii buxtaların, riflərin, yarımadaların olması ilə əlaqədar Kubanın sahil xətlərinin uzunluğu 3735 km-dir. Kubada qonşu adalara nisbətən dağlar azdır. Yaylalar qurunun 1/4-ni tutur. Cənubi Kubanı Antil adaları qövsünün əsas dağ silsiləsi olan Syerra-Maestra dağları kəsib keçir. Kubanın qalan əraziləri ovalıqdır. Kuba Meksikadakı Yukatan yarımadası, Florida və Baham adalarındakı əhəngdaşlı platformalarla eyni mənşəyə malik olan platformanın bir hissəsidir.

 

Adalarda tropik iqlim hakimdir, orta aylıq temperatur 25°C, yağıntıların orta illik miqdarı 1400 mm-dir. Çaylar böyük təsərrüfat əhəmiyyətinə malik deyildir. Ən böyük çayı olan Kauto qərbdən şərqə axır. Çay yalnız aşağı axarında kiçik gəmilər üçün yararlıdır. Ölkənin 20%-ə qədəri şam və qırmızı ağaclardan ibarət olan meşələrlə örtülüdür. Kənd təsərrüfatına yararlı torpaqların 80%- qədəri yağış sularının qırmızı qumlara təsiri nəticəsində formalaşmışdır. Bununla əlaqədar məhsuldar qırmızı torpaqlar yaranmışdır. Torpaqların çox hissəsini 4-6 mln. baş iri buynuzlu mal-qara üçün istifadə edilən otlaqlar və bir çox mədəni bitkilərin, o cümlədən çəltik, qəhvə, sitrus meyvələri, tərəvəz və tütün əkinləri tutur. Qamış şəkəri satışı Kubanın ixracının çox hissəsini təşkil edir. Şəkər sənayesində dərin böhran yaranmışdır. 2009-cu ildə cəmi 1,3 mln. ton şəkər istehsal edilmişdir və onun ixracı getdikcə azalır.

 

Kuba əhalisi ən mühüm bitki olan tütünü Kubada və Karib hövzəsinin bəzi adalarında toplayır. Becərilən tütündən siqar istehsal olunur. 2004-cü ildə Kuba 230 mln. siqar ixrac etmişdir. Ən bahalı siqarlar əl ilə bükülür. Kuba Qərb yarımkürəsində yeganə sosialist ölkəsidir. 1898-ci ildə İspaniyadan müstəqillik əldə etsə də, 1930- cu ilə qədər ABŞ-ın güclü təsiri altında qalmışdır. 1959- cu ildə hakimiyyətə Fidel Kastro gəlmişdir. 2008-ci ildə onu qardaşı R.Kastro əvəz etmişdir. 1962-ci ildə adada, Sovet raketlərinin yerləşdirilməsi cəhdi Karib böhranının yaranmasına gətirib çıxardı. ABŞ tərəfindən davam edən embarqo (qadağalar) nəticəsində Kuba təsərrüfatı çətinliklərlə qarşılaşır. Nikel yataqlarının daha geniş istifadə edilməsi və turizmin inkişafı vəziyyətdən bir qədər çıxmağa kömək edir.