YENİ NƏŞRLƏR

Uşaqların və böyüklərin qəhrəmanı olan Qaragöz yeni sərgüzəştləri ilə sizi həm güldürüb əyləndirəcək, həm də düşündürəcək. Əslində, Qaragöz bizi güldürmək üçün çox səy göstərmir. 

Bu kitab ingilis xalqının sevimli nağıl qəhrəmanı – əfsanəvi şotlandiyalı atıcı Robin Hood haqqındadır. 

Nils adlı dəcəl oğlan öz şıltaq əməllərinə görə meşə cırtdanı tərəfindən ovsunlanır və balaca bir adamcığaza çevrilir.

Bizim planetdə ilk meşələr necə olub?

Bir çox milyon illər əvvəl Yer kürəsinin quru səthi sonsuz meşələrlə örtülü olub. Bu meşələrdə nəhəng ölçülərdə-30 metrdən hündür olan müxtəlif ayıdöşəyilər bitirdi. Başqa bitki növləri o zaman yox idi.

 

Ayıdöşəyilər bütün planeti tutmuşdu və ona görə bu cür hündür böyüyürdülər ki, onların böyüməsinə mane ola biləcək başqa bitkilər, onları yeyə biləcək heyvanlar yox idi, həm də yumşaq mülayim iqlim buna imkan verirdi.

 

Ancaq iqlim dəyişirdi, bəzi yerlərdə daha quru, bir başqalarında soyuq oldu və ayıdöşəyilər artıq hər yerdə böyüyə bilmirdi. İndi əsasən isti tropik zonalarda böyüyən çox da böyük olmayan və orta boylu ayıdöşəyilər var, ancaq onlara orta zolağın meşələrində ağacların altında da rast gəlinir.