YENİ NƏŞRLƏR

Uşaqların və böyüklərin qəhrəmanı olan Qaragöz yeni sərgüzəştləri ilə sizi həm güldürüb əyləndirəcək, həm də düşündürəcək. Əslində, Qaragöz bizi güldürmək üçün çox səy göstərmir. 

Bu kitab ingilis xalqının sevimli nağıl qəhrəmanı – əfsanəvi şotlandiyalı atıcı Robin Hood haqqındadır. 

Nils adlı dəcəl oğlan öz şıltaq əməllərinə görə meşə cırtdanı tərəfindən ovsunlanır və balaca bir adamcığaza çevrilir.

Ayıdöşəyi nədir?

Ayıdöşəyi çiçəkləmək qabiliyyəti olmayan bitkidir. Onların böyük, sanki doğranmış kimi yarpaqları və torpağın altında qısa gövdələri var. Ayıdöşəyi sporlar vasitəsilə artır: onlar yarpağın üstündə əmələ gəlir, sonra isə torpağa tökülərək bitirlər. Ayıdöşəyi, əsasən, isti və rütubətli iqlimi olan rayonlarda bitir.

 

9500-dən çox ayıdöşəyi növü var. Bəzi növləri su kənarında və hətta şəlalələrin axını altında biitir, digərləri isə quraqlığa da tab gətirə bilir. Bəzi ayıdöşəyi növlərini dekorativ otaq bitkisi kimi becərirlər.