YENİ NƏŞRLƏR

Uşaqların və böyüklərin qəhrəmanı olan Qaragöz yeni sərgüzəştləri ilə sizi həm güldürüb əyləndirəcək, həm də düşündürəcək. Əslində, Qaragöz bizi güldürmək üçün çox səy göstərmir. 

Bu kitab ingilis xalqının sevimli nağıl qəhrəmanı – əfsanəvi şotlandiyalı atıcı Robin Hood haqqındadır. 

Nils adlı dəcəl oğlan öz şıltaq əməllərinə görə meşə cırtdanı tərəfindən ovsunlanır və balaca bir adamcığaza çevrilir.

Kollar nədir?

Kollar orta hündürlüklü, adətən, bir metrdən hündür olmayan bitkilərdir. Onların birbaşa torpaqdan haçalanıb qalxan sərt və möhkəm qanadları var. Adətən, kollar quru, isti rayonlarda olur və elə buna görə də onların əksəriyyətinin suyu tez buxarlandırmayan xırda, sərt yarpaqları və suyu əldə etmək üçün torpağın hətta quraqlıq zamanı su qalan qatlarına qədər gedə bilən kökləri vardır.

 

İtburnu, şümşad ağacı, naz, kəklikotu, rozmarin, oleander, mərsin-bunlar hamısı kol bitkiləridir.

 

Bir çox kol bitkiləri yazda çox gözəl çiçək açır, çiçəklərin güclü ətri onlardan şirə çəkən arıları özünə cəlb edir.

 

Otlardan hündür olmayıb, sanki yerə yayılmış kolları yarımkollar adlandırırlar.