YENİ NƏŞRLƏR

Uşaqların və böyüklərin qəhrəmanı olan Qaragöz yeni sərgüzəştləri ilə sizi həm güldürüb əyləndirəcək, həm də düşündürəcək. Əslində, Qaragöz bizi güldürmək üçün çox səy göstərmir. 

Bu kitab ingilis xalqının sevimli nağıl qəhrəmanı – əfsanəvi şotlandiyalı atıcı Robin Hood haqqındadır. 

Nils adlı dəcəl oğlan öz şıltaq əməllərinə görə meşə cırtdanı tərəfindən ovsunlanır və balaca bir adamcığaza çevrilir.

Burundi Respublikası

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

Sahəsi: 27834 km2


Əhalisi: 8,5 mln. nəfər (2010)


Əhalinin sıxlığı: 305,4 nəfər/km2


Paytaxtı: Bujumbura (447 min nəfər), Qiteqa (26 min nəfər)


Əsas dillər: fransız, rundi (kirundi)


Dini etiqad: katolisizm (56%), protestantlıq (26%), islam (sünni təriqəti), ənənəvi yerli dinlər


Pul vahidi: Burundi frankı


Dövlət quruluşu: respublika

 

Burundi Tanqanika gölünün şimal-şərqində, Nil və Konqo çaylarının suayrıcısında yerləşir. Gölün şimal sahilində yerləşən Bujumbu ra şəhəri ölkənin əsas limanıdır. Təpələrin məhsuldar yamaclarında ölkənin əsas əmtəəlik məhsulu olan qəhvə, həmçinin çay, pambıq, banan, şəkər qamışı, maniok, qarğıdalı becərilir. Sənayedə kənd təsərrüfatı xammallarının emalı, toxuculuq, ayaqqabı, kustar sənətkarlıq inkişaf edir. Burundi Afrikada əhalisi sıx olan ölkələrdən biridir. Doğum səviyyəsi yüksəkdir, ona görə ailələrdə uşaqların sayı çoxdur.

 

Əhalinin 14%-ni təşkil edən tutsilər hökumətdə aparıcı mövqe tutur. Belə vəziyyət etnik üstünlüyə malik olan xutu xalqlarının narazılığına səbəb olur, silahlı toqquşmalara gətirib çıxarır. Nəticədə son vaxtlarda 200 min nəfər həlak olmuşdur, 1 mln. nəfər isə qaçqın düşərək qonşu ölkələrdə məskən salır.