YENİ NƏŞRLƏR

Uşaqların və böyüklərin qəhrəmanı olan Qaragöz yeni sərgüzəştləri ilə sizi həm güldürüb əyləndirəcək, həm də düşündürəcək. Əslində, Qaragöz bizi güldürmək üçün çox səy göstərmir. 

Bu kitab ingilis xalqının sevimli nağıl qəhrəmanı – əfsanəvi şotlandiyalı atıcı Robin Hood haqqındadır. 

Nils adlı dəcəl oğlan öz şıltaq əməllərinə görə meşə cırtdanı tərəfindən ovsunlanır və balaca bir adamcığaza çevrilir.

Qızıl meydan

Красная площадь
 
Rusiyanın paytaxtı Moskva şəhərinin əsas meydanı.
 
Dairəvi yolun mərkəzində, Kremlin şimal-şərq divarları boyunca yerləşir.
 
Qızıl meydan XV əsrdə inşa olunub. Uzunluğu 330 metr, eni 70 metr, sahəsi isə 23 100 kvadratmetrdir. 
 
1990-cı ildə UNESCO-nun dünya irsi siyahısına salınıb. Meydanda hərbi paradlar, konsertlər təşkil olunur, dini və tarixi bayramlar qeyd edilir.
 
Bu meydanda Kreml, Vladimir İliç Leninin mavzoleyi, Minin və Pojarskinin abidəsi, Kreml divarı önündə isə əsasən hərbi və siyasi xadimlərin dəfn edildiyi nekropol, eləcə də Vasili Blajennı (Pokrov) və Kazan kilsələri sıralanır. 1974-cü ildən meydana avtomobillərin girişinə qadağan qoyulub.