YENİ NƏŞRLƏR

Uşaqların və böyüklərin qəhrəmanı olan Qaragöz yeni sərgüzəştləri ilə sizi həm güldürüb əyləndirəcək, həm də düşündürəcək. Əslində, Qaragöz bizi güldürmək üçün çox səy göstərmir. 

Bu kitab ingilis xalqının sevimli nağıl qəhrəmanı – əfsanəvi şotlandiyalı atıcı Robin Hood haqqındadır. 

Nils adlı dəcəl oğlan öz şıltaq əməllərinə görə meşə cırtdanı tərəfindən ovsunlanır və balaca bir adamcığaza çevrilir.

Duzlu göllərə rast gəlinirmi?

Duzlu göllərə rast gəlinirmi?

Xəzər dənizi, Ölü dəniz və Aral dənizi dəniz kimi sayılsa da, əslində, onlar böyük duzlu suyu olan göllərdir.

Xəzər dənizi Avropa ilə Asiyanın arasında yerləşir, Volqa və Ural kimi çaylardan su alır, ancaq heç bir dıniz ilə əlaqəsi yoxdur.

Ölü dəniz İordaniya ilə İsrailin arasındadır, onun suyu hər hansı bir okeanın suyundan qat-qat duzludur. Orada çimən hər bir kəs suyun üzündə sərbəst qalır, buna səbəb suyun tərkibində həddən artıq duz olması və buna görə də sıxlığın çox olmasıdır.

Bundan başqa, duzlu göllər var ki, buna missal kimi dibində çox duz olduğu üçün buxarlanaraq yoxa çıxma təhlükəsi olan Yuta ştatındakı Böyük Duzlu gölü göstərmək olar.