YENİ NƏŞRLƏR

Uşaqların və böyüklərin qəhrəmanı olan Qaragöz yeni sərgüzəştləri ilə sizi həm güldürüb əyləndirəcək, həm də düşündürəcək. Əslində, Qaragöz bizi güldürmək üçün çox səy göstərmir. 

Bu kitab ingilis xalqının sevimli nağıl qəhrəmanı – əfsanəvi şotlandiyalı atıcı Robin Hood haqqındadır. 

Nils adlı dəcəl oğlan öz şıltaq əməllərinə görə meşə cırtdanı tərəfindən ovsunlanır və balaca bir adamcığaza çevrilir.

Niyə çox ağaclar payızda yarpağını tökür?

Payızda ağacların yarpaqları saralıb quruyur və ağacların qanadlarından qopub tökülərək torpağı rəngli xalça kimi örtür.

 

Bu ona görə baş verir ki, payızda havalar soyuyur, torpaq donmağa başlayır və ağacların köklərinə torpaqdan suyu götürmək çətinləşir. Qişda ağaclar torpaqdan su və qida maddələri almır, əgər bu vəziyyətdə yarpaqlar ağacın budaqlarında qalsaydı, ağacın gövdəsindəki su yarpaqlar vasitəsilə buxarlanar və ağac quruyardı, ona görə də ağaclar yarpaqlarını tökürlər. Yaz gələndə və havalar isinəndə köklər yenidən lazım olan qədər suyu torpaqdan götürə bilir və ağacda yenidən yarpaqlar əmələ gəlir.

 

Ancaq Yer kürəsinin qışı soyuq olmayan, qar yağmayan və torpaqda su donmayan rayonlarında ağacların qışda yarpaqları tökməsinə ehtiyac yoxdur. Onlar torpaqdan il ərzində su əldə edə bilirlər, onların yarpaqları həm qışda, həm də yayda yaşıl olur, bu cür ağacları həmişəyaşıl ağac adlandırırlar. əlbəttə, bəzi yarpaqlar zaman keçdikcə ölür və düşür, ancaq onların yerinə yeniləri gəlir.