YENİ NƏŞRLƏR

Uşaqların və böyüklərin qəhrəmanı olan Qaragöz yeni sərgüzəştləri ilə sizi həm güldürüb əyləndirəcək, həm də düşündürəcək. Əslində, Qaragöz bizi güldürmək üçün çox səy göstərmir. 

Bu kitab ingilis xalqının sevimli nağıl qəhrəmanı – əfsanəvi şotlandiyalı atıcı Robin Hood haqqındadır. 

Nils adlı dəcəl oğlan öz şıltaq əməllərinə görə meşə cırtdanı tərəfindən ovsunlanır və balaca bir adamcığaza çevrilir.

Çiçək nədən ibarətdir?

Çiçək bitkinin çoxalma üzvüdür. Çiçək əsas hissələr-kasacıq, tac, dişicik və erkəkcikdən ibarətdir.

 

Kasacıq-çiçəyin altında bir-birinə birləşmiş yarpaqlardır, o, tacı qoruyur və saxlayır.

 

Çiçəyin tacı ləçəklərdən ibarətdir, ləçəklər yarpağa oxşayır, ancaq onlar daha nazikdir. Adətən, ləçəklər parlaq rəngə malik olur və məhz onlar çiçəkləri bu qədər gözəl edir. Ancaq çiçəyin ən vacib üzvləri erkəkcik və dişicikdir. Erkəkcikdə bitkinin erkək hüceyrələri olan tozcuqlar, dişiciyin içərisində isə dişi hüceyrələr var. Bir çiçəyin erkəkciyinin tozcuğu başqa çiçəyin dişiciyinin üstünə düşdükdə tozcuq içəri daxil olur və erkək hüceyrələr dişi hüceyrələri mayalandırır, bundan sonra çiçəkdə toxum əmələ gəlir və çiçək meyvəyə çevrilir.