YENİ NƏŞRLƏR

Uşaqların və böyüklərin qəhrəmanı olan Qaragöz yeni sərgüzəştləri ilə sizi həm güldürüb əyləndirəcək, həm də düşündürəcək. Əslində, Qaragöz bizi güldürmək üçün çox səy göstərmir. 

Bu kitab ingilis xalqının sevimli nağıl qəhrəmanı – əfsanəvi şotlandiyalı atıcı Robin Hood haqqındadır. 

Nils adlı dəcəl oğlan öz şıltaq əməllərinə görə meşə cırtdanı tərəfindən ovsunlanır və balaca bir adamcığaza çevrilir.

Tozcuq nədir?

Tozcuq kiçik toxumlardan ibarət tozdur. Tozcuğun hər bir toxumunda ikiqat qabığın içərisində erkək cinsi hüceyrə yerləşir. Tozcuq erkəkciklərin sonunda yerləşən kisədə əmələ gəlir. Tozcuğun toxumları tam formalaşdıqdan sonra onlar başqa çiçəyin dişiciyinin üzərinə qonurlar ki, erkək hüceyrələr dişi hüceyrələrlə birləşə bilsin. Tozcuğun erkəkcikdən dişiciyə gedib düşməsi tozlanma adlanır. Tozlanma külək, həşərat və quşlar vasitəsilə ola bilər.