YENİ NƏŞRLƏR

Uşaqların və böyüklərin qəhrəmanı olan Qaragöz yeni sərgüzəştləri ilə sizi həm güldürüb əyləndirəcək, həm də düşündürəcək. Əslində, Qaragöz bizi güldürmək üçün çox səy göstərmir. 

Bu kitab ingilis xalqının sevimli nağıl qəhrəmanı – əfsanəvi şotlandiyalı atıcı Robin Hood haqqındadır. 

Nils adlı dəcəl oğlan öz şıltaq əməllərinə görə meşə cırtdanı tərəfindən ovsunlanır və balaca bir adamcığaza çevrilir.

Danquşu

Danquşu cinsi Quşlar (Aves) sinfinin Vağlar (Ardeidae) fəsiləsinə, Leyləkkimilər (Ciconiiformes) dəstəsinə aiddir. Bir növ nominativ yarımnövlə təmsil olunmuşdur.

 

Uzun, ağır dimdiyi, böyük başı və yoğun boynu olan iri quşdur. Rəngi kürən-qonurdur. Ayaqları və dimdiyi yaşılımtıl-sarıdır. Gecə quşu olub, gündüzlər qamışlıqda gizlənərək, demək olar ki, hərəkət etmir. Yalnız ayaq altından uçarkən gözə dəyir.

 

Təhlükə zamanı boynunu və dimdiyini yuxarı uzadıb sıx qamış gövdələri arasında az qala görünməz olaraq gizlənməyə üstünlük verir. Arealı Avropa, Asiya və Şimal-Qərbi Afrikanı əhatə edir. Azərbaycanda qışlama dövründə müşahidə edilir. Sıx qamışlıq basmış göllərdə məskunlaşır. Bəzən yuvalama dövründə də rast gəlinir. Qış vaxtı adi olub, bəzi yerlərdə çoxsaylıdır. Qışlamağa gəlməsi avqustdan başlayır.

 

Çox soyuq illərdə kütləvi tələf olması müşahidə edilir. Fevralın ikinci ongünlüyündən yaz uçuşu başlayır, apreldə sayı nəzərə çarpacaq dərəcədə artır. Adətən, su heyvanları ilə, həşəratlarla qidalanır. Suyun kənarında hərəkətsiz vəziyyətdə "donmuş şəklində" dayanaraq öz ovunu güdür.

 

Kiçik olmasına baxmayaraq, çox təhlükəli quşdur. Şikarını gözündən vurur. Bunu tutan vətəndaş quşa çox yaxınlaşsa, onu da gözündən vura bilər.