YENİ NƏŞRLƏR

Uşaqların və böyüklərin qəhrəmanı olan Qaragöz yeni sərgüzəştləri ilə sizi həm güldürüb əyləndirəcək, həm də düşündürəcək. Əslində, Qaragöz bizi güldürmək üçün çox səy göstərmir. 

Bu kitab ingilis xalqının sevimli nağıl qəhrəmanı – əfsanəvi şotlandiyalı atıcı Robin Hood haqqındadır. 

Nils adlı dəcəl oğlan öz şıltaq əməllərinə görə meşə cırtdanı tərəfindən ovsunlanır və balaca bir adamcığaza çevrilir.

Adi buruqboyun

Adi buruqboyun — buruqboyun cinsinə aid quş növüdür.

 

Dimdiyi qısa və iti, başı yumru, quyruğu olduqca uzundur. Yerdə tullanır, ağac budaqlarına dırmaşır. Kürəyi boz, qəhvəyi və çirkli sarı rənglərdə sıx naxışlıdır. Kürəyinin ortasında uzun və tünd rəngli bir xətt vardır. Alt tərəfi incə xəttli, boğazı qızıl rəngi kremdir. Quyruğu geniş və sıx xəttlidir. Səsi kəskin, yumşaq, boğazdan gələn kişnəməni xatırladan "kii-kii-kii-kii-kii" şəklindədir.

 

Avropanın mülayim iqlimli bölgələri və Asiyada yaşayır. İmmiqrantdır, qışı tropik Afrika və Cənubi Asiyada keçirir. Açıq meşəlik bölgə və meyvə bağçalarının quşudur. Köç əsnasında tez-tez qumlu sahələrdə qarışqa axtararkən görülür.