YENİ NƏŞRLƏR

Uşaqların və böyüklərin qəhrəmanı olan Qaragöz yeni sərgüzəştləri ilə sizi həm güldürüb əyləndirəcək, həm də düşündürəcək. Əslində, Qaragöz bizi güldürmək üçün çox səy göstərmir. 

Bu kitab ingilis xalqının sevimli nağıl qəhrəmanı – əfsanəvi şotlandiyalı atıcı Robin Hood haqqındadır. 

Nils adlı dəcəl oğlan öz şıltaq əməllərinə görə meşə cırtdanı tərəfindən ovsunlanır və balaca bir adamcığaza çevrilir.

Qoboy

Qoboy (fransızcadan hautbois, hərfi mənada "hündür ağac") — ikiqat qamış dilçəkli ağac-nəfəsli musiqi alətidir.

 

Ən gözəl səslənən və lirik, səmimi tembri ilə seçilən alətlərdəndir. Bütün qəmgin melodiyaları, adətən, qoboy səsləndirir. Ahəngli, ancaq bir qədər burun səsə (tın-tın, burunda səslənən), xırıltılı tembrə malikdir. 1989-cu ildə ən mürəkkəb alət kimi Ginnesin rekordlar kitabına salınmışdır. Volınka, jaleyka, balaban, mey (neyin başqa növü), düdük, qayta, xitiriki, zurna kimi xalq alətləri qoboyun sələfləri hesab olunur.