YENİ NƏŞRLƏR

Uşaqların və böyüklərin qəhrəmanı olan Qaragöz yeni sərgüzəştləri ilə sizi həm güldürüb əyləndirəcək, həm də düşündürəcək. Əslində, Qaragöz bizi güldürmək üçün çox səy göstərmir. 

Bu kitab ingilis xalqının sevimli nağıl qəhrəmanı – əfsanəvi şotlandiyalı atıcı Robin Hood haqqındadır. 

Nils adlı dəcəl oğlan öz şıltaq əməllərinə görə meşə cırtdanı tərəfindən ovsunlanır və balaca bir adamcığaza çevrilir.

Küveyt Əmirliyi

 

 

 

 

 

 

 

 

 

Sahəsi: 17818 km2 

 

Əhalisi: 3,08 mln. nəfər (2010) 

 

Əhalinin sıxlığı: 174 nəfər/km2 


Paytaxtı: Əl-Küveyt (1290 min nəfər) 

 

Əsas dil: ərəb 

 

Dini etiqad: islam (sünnilər 70% və şiələr 30%) 

 

Pul vahidi: dinar 

 

Dövlət quruluşu: konstitusiyalı monarxiya

 

Küveyt amirin başçılığı ilə idarə olunan kiçik ərəb dövlətidir. Neftin hasilatından əldə olunan gəlirlər ölkənin çiçəklənməsini və əhalinin həyat səviyyəsinin yüksəldilməsini təmin etmişdir.

 

Küveytdə 800 min nəfər yerli əhali, 1,5 mln. nəfər müqavilə ilə işləyən xarici migrant yaşayır. Küveyt İran körfəzinin şimal sahilində yerləşir. Onun ərazisinə əksəriyyətində yaşayış olmayan bir neçə ada daxildir, ölkənin landşaftı hamar düzənliklərdən ibarətdir. Küveytin şimal yarısında daşlı səhralar, cənubda isə üzərində dyunlar olan qumlu səhralar yerləşir, ölkənin ən hündür yeri (289 m) Səudiyyə Ərəbistanı və İraqla sərhəddə yüksəlir. Yanvarda orta temperatur 13°C, iyulda 37°C-dir. Əl-Küveytdə illik yağıntıların miqdarı 100-125 mm-dir. Şirin suya olan tələbatı dəniz suyunu sənaye üsulu ilə şirinləşdirən qurğular vasitəsi ilə ödənilir. Məhsuldar torpaqlar faktiki olaraq yoxdur. Paytaxtdan 50 km qərbdə yerləşən Əl Cəhrə vahəsində əkinçiliyə yararlı torpaqlar vardır. Qalan təbii bitki arealları şimal-şərqdə və bəzi sahilboyu şoranlaşmış bataqlıqlarda səpələnmişdir.

 

Şəhərlərdə yaşıllıqlar salınması üçün xaricdən gətirilən torpaqlardan istifadə olunur. Yeyinti sənayesinin yeganə sahəsi balıqçılıqdır. Xərçəng (krevet) ovu daha çox gəlir gətirir. Küveytdə yerin təki dünya əhəmiyyətli neft və qaz ehtiyatları ilə zəngindir, ölkə dünya neft ehtiyatının 10%-nə malikdir. 2009-cu ildə gündə 2,3 milyon barrel neft çıxarılmışdır. İraq müharibə zamanı neft hasilatı və neft emalı müəssisələrinin xeyli hissəsini məhv etmiş və 700 neft quyusunu yandırmışdır. Bu yanğınlar ətraf mühitə böyük zərbə vurdu.

 

Müharibədən sonra Küveyt beynəlxalq koalisiyanın hərbi xərclərini kompensasiya etdi, silahlı qüvvələrini möhkəmləndirmək üçün böyük məbləğlər sərf etdi. Artıq 1993-cü ildə neftin ixracından əldə edilən gəlirlər müharibədən əvvəlki səviyyəyə çatmışdır.