YENİ NƏŞRLƏR

Uşaqların və böyüklərin qəhrəmanı olan Qaragöz yeni sərgüzəştləri ilə sizi həm güldürüb əyləndirəcək, həm də düşündürəcək. Əslində, Qaragöz bizi güldürmək üçün çox səy göstərmir. 

Bu kitab ingilis xalqının sevimli nağıl qəhrəmanı – əfsanəvi şotlandiyalı atıcı Robin Hood haqqındadır. 

Nils adlı dəcəl oğlan öz şıltaq əməllərinə görə meşə cırtdanı tərəfindən ovsunlanır və balaca bir adamcığaza çevrilir.

Faqot

Faqot — bas, tenor, qismən də alt registrlərini əhatə edən ağac-nəfəsli musiqi alətidir.


Klapan sistemli və ikiqat qamış dilçəkli (qoboydakı kimi), əyri, qövsşəkilli, uzun boru formasındadır. Adətən fantastik obrazları, qara qüvvələri əks etdirir. Açılmış formada bir dəstə odunu xatırlatdığına görə faqot (italyan dilindən tərcümədə fagotto "bir dəstə odun" deməkdir) adlanır.


Onun bir neçə növü var: kontrafaqot, faqot-pikkolo, diskant-faqot, alt-faqot.