YENİ NƏŞRLƏR

Uşaqların və böyüklərin qəhrəmanı olan Qaragöz yeni sərgüzəştləri ilə sizi həm güldürüb əyləndirəcək, həm də düşündürəcək. Əslində, Qaragöz bizi güldürmək üçün çox səy göstərmir. 

Bu kitab ingilis xalqının sevimli nağıl qəhrəmanı – əfsanəvi şotlandiyalı atıcı Robin Hood haqqındadır. 

Nils adlı dəcəl oğlan öz şıltaq əməllərinə görə meşə cırtdanı tərəfindən ovsunlanır və balaca bir adamcığaza çevrilir.

Ermitaj

Rusiya Federasiyasının Sankt-Peterburq şəhərində muzey.
 
Dünyanın ən zəngin muzeylərindən biri olan Ermitajın 350 zalında 3 milyonadək eksponat var. Qış sarayı, Kiçik Ermitaj, Köhnə Ermitaj, Yeni Ermitaj və Ermitaj Teatrından ibarət beş binada yerləşir. "Ermitaj" fransız sözüdür, mənası tənhalıq, tənha yer deməkdir. Muzeyin tarixi 1764-cü ildən hesablanır. Həmin il Sankt-Peterburqda Qərbi Avropa rəssamlarının əsərlərinin böyük kolleksiyası nümayiş etdirilib.
 
Bir çox qiymətli eksponatlarla yanaşı Rembrandtın 30-dək rəsm əsəri, fransız filosofu Volterin 6500 cilddən və 37 əlyazmasından ibarət şəxsi kitabxanası saxlanılır. I Pyotra həsr olunmuş xüsusi zalda çarın şəxsi əşyaları, portretləri, qızıl suyu ilə yazılmış qanunları və onlara bərkidilmiş tac, həmçinin Rusiya imperiyasının gerbi nümayiş olunur. 
 
Burda Rusiyada ən böyük vaza hesab olunan Kolıvan vazası saxlanılır. 19 ton ağırlığı olan bu vaza Kolıvan cilalama fabrikində 14 ilə hazırlanıb. Ermitajın Şərq incəsənəti şöbəsində fars, türk, çin, yapon və ərəb xalqlarının maddi-mədəniyyəti ilə yanaşı, Azərbaycan xalqının da əsrlər boyu yaratdığı bir çox nadir sənət nümunələri nümayiş etdirilir. Həmin eksponatlar sırasında Dağlıq Qarabağda aparılan qazıntı işləri zamanı tapılmış, eramızdan əvvəl II minilliyə aid bürünc öküz başı fiquru da var.
Ermitajda XVI-XIX əsrlərdə Azərbaycanın məşhur emalatxanalarında toxunmuş xalçalarımız da yer alır.
 
Ən qiymətli eksponatlardan biri də dahi Azərbaycan şairi Nizami Gəncəvinin "Xəmsə"sinin 1430-cu illərdə üzü köçürülmüş nadir nüsxəsidir.