YENİ NƏŞRLƏR

Uşaqların və böyüklərin qəhrəmanı olan Qaragöz yeni sərgüzəştləri ilə sizi həm güldürüb əyləndirəcək, həm də düşündürəcək. Əslində, Qaragöz bizi güldürmək üçün çox səy göstərmir. 

Bu kitab ingilis xalqının sevimli nağıl qəhrəmanı – əfsanəvi şotlandiyalı atıcı Robin Hood haqqındadır. 

Nils adlı dəcəl oğlan öz şıltaq əməllərinə görə meşə cırtdanı tərəfindən ovsunlanır və balaca bir adamcığaza çevrilir.

Zambiya Respublikası

 

 

 

 

 

 

Sahəsi: 752614 km2


 
Əhalisi: 13,3 mln. nəfər (2010)


 
Əhalinin sıxlığı: 17,7 nəfər/km2

 

Paytaxtı: Lusaka (2,0 mln. nəfər)

 

Əsas dillər: ingilis, nyanca, kaonde, lunda


 
Dini etiqad: protestantlıq (70%), hinduizm (30%)

 

Pul vahidi: Zambiya kvaçası

 

Dövlət quruluşu: respublika


Zambiya 1964-cü ildə Böyük Britaniya müs təmləkəsindən azad olmuşdur. 1980-ci ilədək Şimali Redeziya adlanmışdır. Zambiyanı zəif məskunlaşmış şərq və əhalinin çox hissəsinin yaşadığı qərb hissələrinə ayırmaq olar. Ölkənin ərazisi dərin çay dərələri, göl çökəklikləri və çoxsaylı bataqlıqları olan orta yüksəkliyə malik təpəli yaylalarda yerləşir. Ərazinin 4/5 hissəsi Zambezi çayının hövzəsinə daxildir(ölkənin adı da buradan götürülmüşdür).

 

Sürətlə axan bu çayın üzərində çoxlu astana lar və şəlalələr vardır. Şimalda tektonik mənşəli Tanqanika, Mveru və Banqveulu gölləri yerləşir. Subekvatorial iqlimin xas olduğu bu ərazilər yüksəkdə yerləşdiyinə görə Afrikanın digər regionları ilə müqayisədə çox isti olmur. Ən isti ayın (oktyabr) orta temperaturu 23°-27°C-dir, 600-1400 mm yağıntı düşür. Zambiyada çoxlu qoruqlar və milli parklar vardır. Lakin ovlanma nəticəsində onların sayı sürətlə azalır. Zambiya aqrar ölkədir, əhalinin çox hissəsi kənd təsərrüfatında çalışır, mais (qarğıdalı), şəkər qamışı, tütün, pambıq, maniok, buğda becərilir, ölkə özünü ərzaqla tam təmin edir.

 

Zambiyada 73-ə qədər etnik qrup yaşayır və onlar arasında münaqişələr az hallarda olur. Zambezi çayı ölkənin cənub sərhəddinin çox hissəsi ilə axır. Orta axarında dünyanın ən böyük şəlalələrindən biri olan Viktoriya əmələ gəlir. Burada su 120 m hündürlükdən tökülür, şəlalənin eni 1800 m-dən çoxdur. Şəlalədən 100 km aşağıda Kariba su anbarı yerləşir. Burada tikilən SES təkcə Zambiyanı yox, qonşu dövlətləri də enerji ilə təmin edir. Zambiyanın əsas təbii sərvətləri olan mis və ko balt ixrac edilir ölkənin mərkəzində böyük mis ehtiyatının olduğu sənaye regionu Kopperbelt ("Mis qurşağı") adlanır. Burada hasil və emal edilən mis ölkənin ixrac məhsullarının 64%-ni təşkil edir. Zambiyanın firuzə rəngli malaxiti çox məşhurdur.