YENİ NƏŞRLƏR

Uşaqların və böyüklərin qəhrəmanı olan Qaragöz yeni sərgüzəştləri ilə sizi həm güldürüb əyləndirəcək, həm də düşündürəcək. Əslində, Qaragöz bizi güldürmək üçün çox səy göstərmir. 

Bu kitab ingilis xalqının sevimli nağıl qəhrəmanı – əfsanəvi şotlandiyalı atıcı Robin Hood haqqındadır. 

Nils adlı dəcəl oğlan öz şıltaq əməllərinə görə meşə cırtdanı tərəfindən ovsunlanır və balaca bir adamcığaza çevrilir.

Yeltsin Boris

Yeltsin Boris Nikolayeviç
 
Ельцин, Борис Николаевич
 
Rusiya Federasiyasının ilk prezidenti (1991-1999)
 
1931-ci il fevralın 1-də Sverdlovsk vilayətinin Butka kəndində anadan olub. 1955-ci ildə Ural Politexnik institutunu bitirib. Kommunist partiyasının Sverdlovsk vilayəti komitəsinin birinci katibi işlədikdən sonra Moskvaya, partiya işinə göndərilir. Orada Sov.İKP Mərkəzi Komitəsinin inşaat şöbəsinin rəhbəri, daha sonra Moskva şəhəri komitəsinin rəhbəri işləyir.
 
1987-ci ildə SSRİ-nin partiya rəhbərliyinin tənqid etdiyinə görə vəzifəsindən kənarlaşdırılır və siyasətə yenidən 1989-cu ildə, yenidənqurma və islahatlar dövründə qayıdır SSRİ Ali Sovetinin deputatı seçilir. 1990-cı ildə Sov.İKP sıralarını tərk edən Yeltsin 1991-ci ildə Rusiya Federasiyasının ilk prezidenti seçilir.
 
Həmin ilin avqustunda “KÇP” adı ilə tarixə düşən qiyamı yatırır. 1994-cü ilin dekabrında onun əmri ilə Çeçenistana ordu hissələri yeridilir və Çeçenistan müharibəsi başlayır. Müharibənin gedişində Rusiya ordusu acınacaqlı məğlubiyyətlərə uğrayır. Bunun nəticəsində 1996-cı il avqustun 31-də Xasavyurt sazişi imzalanır və Rusiya qoşunları Çeçenistandan çıxarılır. Bu məğlubiyyətin fonunda ölkədə iqtisadi vəziyyətin də ağırlaşması Yeltsinin nüfuzunu aşağı salır və 1999-cu il dekabrın 31-də o, istefa verməyə məcbur olur.
 
2007-ci il aprelin 23-də Boris Yeltsin ürək çatışmazlığı xəstəliyindən Moskva Mərkəzi Kliniki Xəstəxanasında dünyasını dəyişir və Novodevice qəbiristanlığında dəfn edilir.