YENİ NƏŞRLƏR

Uşaqların və böyüklərin qəhrəmanı olan Qaragöz yeni sərgüzəştləri ilə sizi həm güldürüb əyləndirəcək, həm də düşündürəcək. Əslində, Qaragöz bizi güldürmək üçün çox səy göstərmir. 

Bu kitab ingilis xalqının sevimli nağıl qəhrəmanı – əfsanəvi şotlandiyalı atıcı Robin Hood haqqındadır. 

Nils adlı dəcəl oğlan öz şıltaq əməllərinə görə meşə cırtdanı tərəfindən ovsunlanır və balaca bir adamcığaza çevrilir.

Paris

Paris
 
Fransa Respublikasının paytaxtı, ölkənin mühüm iqtisadi, mədəni və inzibati mərkəzi
 
Fransanın şimalında, İl-de-Frans əyalətində, Sena çayı sahilində yerləşir. Bu şəhərdə UNESCO, İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı (OECD) və Beynəlxalq Ticarət Palatasının mənzil qərargahları yerləşir. 
 
Qədim adı Lütesiya olan şəhərin əsası eramızdan əvvəl III əsrin ortalarında Kelt mənşəli Parisi tayfaları tərəfindən indiki Site adasında qoyulub.  Şəhərə dəfələrlə hücum edən romalılar adanı ələ keçirməyin mümkünsüzlüyünü başa düşərək Sena çayının sol sahilində yeni şəhər salırlar.
 
XI əsrdən başlayaraq Paris Avropanın mədəni-maarif və dini mərkəzinə çevrilməyə başlayır. XIII əsrdən etibarən sol sahil boyu soralar Strabon universitetinin yaranmasında mühüm rol oynamış xeyli sayda kolleclər tikilir. 1789-cu il iyulun 14-də Fransa inqilabının mərkəzinə çevrilən bu şəhərdə hamının kral tiraniyasının rəmzi kimi tanıdığı Bastiliya qalası ələ keçirilir. Hazırda Bastiliyanın alınması günü Fransada milli bayram kimi qeyd olunur.
 
İkinci Dünya müharibəsində şəhər faşist Almaniyası tərəfindən işğal edilir və işğal 1944-cü ilə kimi davam edir. Paris 20 bələdiyyə dairəsinə (fr. arrondissements; [aʀɔ̃dismɑ̃]) bölünür. Hər bir dairə dörd məhəlləni (fr. quartiers) əhatə edir. Beləliklə Paris 80 məhəllədən ibarətdir. Hər bir məhəllə öz polis şöbəsinə malikdir.
 
Ümumi sahəsi 105 kvadratкilometrdir. Sena çayında yerləşən və şəhərin ərazisinə aid olan ən əhəmiyyətli ada Parisin beşiyi sayılan antik dövrə aid Site adasıdır. Notr-Dam de Pari, Sent-Şapel, Konserjeri kimi tarixi abidələr məhz bu adada yerləşir.
Ənənəvi olaraq şəhər sağ sahilə (Biznes və ticarət hissəsi) və sol sahilə (mədəni maarif hissəsi) bölünür.
 
Bu şəhərdə turizm biznesi özünün yüksək inkişaf səviyyəsindədir. Belə ki statistikaya görə 2007-ci ildə Paris ticarət mərkəzlərində çinli turistlər 79 milyon, yaponlar 87 milyon, ruslar 72 milyon, amerikalılar 71 milyon avro xərcləyiblər. Paris üç beynəlxalq hava limanına malikdir: Şarl de Qoll hava limanı sərnişindaşıma həcminə görə Avropada 3-cüdür. Paris metrosu 1900-cü ilin iyul ayında fəaliyyət göstərir və ümumi uzunluğu 212,5 kilometrdir.
 
Fransanın ən nüfuzlu təhsil müəssisələri Parisdə yerləşir. 1257-ci ildə xeyriyyə məqsədilə Robert Sarbon tərəfindən əsası qoyulan Sarbonna universiteti kasıb tələbələrinin təhsil ala bilməsi üçün yaradılıb. 1968-ci il islahatından sonra universitet 13 müstəqil ali təhsil müəssisəsinə bölünüb. 
 
1793-cü ildə Fransa krallarının keçmiş iqamətgahında yaradılmış Luvr muzeyi 30 000 eksponatdan ibarət kolleksiyaya malikdir və dünyada ən zəngin muzeylərindən sayılır. Dünya incəsənətinin şedevrləri sayılan “Mona Liza” rəsm əsəri və “Miloslu Venera” heykəli məhz bu muzeydə saxlanılır. 
 
1980-ci illərdə Sena sahilində, keçmiş Orse dəmiryol vağzalının binasında, Viktor Lalunun layihəsi əsasında qurulan Orse muzeyi fransız impressionistlərinin əsərləri ilə zəngindir. Parisdə iki opera teatrı, Opera Qarnye və Bastiliya operası fəaliyyət göstərir. 1875-ci ildə açılan və memarın adı ilə adlandırılan "Opera Qarnye"nin sahəsi 11 237 kvadratmetr olub dünyanın ən böyük operası sayılır. 
 
Bundan başqa, Napoleonun sərəncamı ilə 1806-1836-cı illərdə memar Jan-Fransua Şalqrin tərəfindən tikilmiş Zəfər tağı, 1887–1889-cu illərdə Qustav Eyfelin layihəsi əsasında inşa edilmiş Eyfel qülləsi və XII əsrdə Site adasında tikilmiş Notr-Dam de Pari kilsəsi Parisin simvoluna çevrilmişdir. 
 
Paris Fransada əhalinin ən sıx məskunlaşdığı şəhərdir. Ölkə əhalisinin 3,6 faizi bu şəhərdə yaşayır.