YENİ NƏŞRLƏR

Uşaqların və böyüklərin qəhrəmanı olan Qaragöz yeni sərgüzəştləri ilə sizi həm güldürüb əyləndirəcək, həm də düşündürəcək. Əslində, Qaragöz bizi güldürmək üçün çox səy göstərmir. 

Bu kitab ingilis xalqının sevimli nağıl qəhrəmanı – əfsanəvi şotlandiyalı atıcı Robin Hood haqqındadır. 

Nils adlı dəcəl oğlan öz şıltaq əməllərinə görə meşə cırtdanı tərəfindən ovsunlanır və balaca bir adamcığaza çevrilir.

Sağlamlıq nədir?

Bir çox adamlar elə fikirləşir ki, sağlam olmaq, sadəcə, xəstələnməməkdir.


Bu hardasa düzdür, ancaq sağlamlıq xəstəliyin yoxluğundan daha çox şey deməkdir. Sağlamlıq tək insanın özünü yaxşı hiss etməsi deyil, həm də mənəvi və sosial rahatlığı deməkdir. Bu o deməkdir ki, sağlam adam xoş əhval-ruhiyyəyə malik olmalı, başqa adamlarla mehriban danışmalı, yaxşı, aktiv işləməli və bu zaman o qədər də yorulmamalıdır. Sağlam olmaq üçün gigiyenaya riayət etmək, idman və fiziki məşqlərlə məşğul olmaq, düzgün qidalanmaq, istirahət etmək lazımdır. Siqaret çəkmək, spirtli içki içmək və narkotikdən istifadə etmək kimi pis vərdişlər sağlamlığa çox zərərlidir, onlardan uzaq durmaq lazımdır.