YENİ NƏŞRLƏR

Uşaqların və böyüklərin qəhrəmanı olan Qaragöz yeni sərgüzəştləri ilə sizi həm güldürüb əyləndirəcək, həm də düşündürəcək. Əslində, Qaragöz bizi güldürmək üçün çox səy göstərmir. 

Bu kitab ingilis xalqının sevimli nağıl qəhrəmanı – əfsanəvi şotlandiyalı atıcı Robin Hood haqqındadır. 

Nils adlı dəcəl oğlan öz şıltaq əməllərinə görə meşə cırtdanı tərəfindən ovsunlanır və balaca bir adamcığaza çevrilir.

Arxeoloji qazıntılar

Daşlaşmış qalıqların və ya ibtidai insanların fəaliyyətlərinin izləri bir çox hallarda tamamilə təsadüf nəticəsində aşkar olunmuşdur. Ancaq onların bəziləri paleontoloqlar və arxeoloqlar tərəfindən aparılmış uzunmüddətli məqsədyönlü axtarışlar nəticəsində əldə edilmişdir.

 

Onlar torpaq qatının quruluşunu öyrənir, onların müxtəlif qatlarının nə vaxt yaranması vaxtını təyin edir, milyon illər bundan əvvəl çayların axdığı yerləri axtarırlar-bütün bu məlumatlar bu yerlərdə ibtidai insanların qalıqlarının tapılma ehtimalını təyin etməyə imkan verir.

 

Bu cür tapıntılar, adətən, torpağın çox dərin qatlarında olduğu üçün həmin yerlərdə alimlər onların tapılması üçün illərlə vaxt sərf edir. Onlar heç bir şeyi buraxmamağa çalışaraq torpağı qazır, bir-bir gözdən keçirir, ələyib yuyurlar. Onlar sümüklər, dişlər, saçlar, alətlər, yemək qalıqları tapırlar-bütün bunların hamısı ibtidai insanların necə həyat tərzi keçirmələri barədə çox şeyi bilməyə kömək edir. Qazıntılar zamanı tapılmış əşyalar diqqətlə tədqiq edilir, kataloqlarda qeydiyyata alınır, elmi mərkəzlərdə xüsusi saxlanclarda saxlanılır və ya muzeylərdə nümayiş etdirilir.