YENİ NƏŞRLƏR

Uşaqların və böyüklərin qəhrəmanı olan Qaragöz yeni sərgüzəştləri ilə sizi həm güldürüb əyləndirəcək, həm də düşündürəcək. Əslində, Qaragöz bizi güldürmək üçün çox səy göstərmir. 

Bu kitab ingilis xalqının sevimli nağıl qəhrəmanı – əfsanəvi şotlandiyalı atıcı Robin Hood haqqındadır. 

Nils adlı dəcəl oğlan öz şıltaq əməllərinə görə meşə cırtdanı tərəfindən ovsunlanır və balaca bir adamcığaza çevrilir.

Artırma oyunu

Artırma Novruz bayramı günlərində uşaqların oynadıqları oyundur Uşaqlar iki dəstəyə ayrılırlar. Püşk (çöp) atırlar. Püşk hansı dəstəyə düşsə, o dəstə aşağı əyilir. O biri uşaqlar bir-bir onların üstündən atılır, axıra çatan uşaq yerə əyilir. Bu minvalla sıra əvvəldən artır, axırdan azalır. Uşaqların hər dəstəsində on uşaq olursa, onu da aşağı əyilir. İkinci dəstənin üzvləri bir-bir onların üstün­dən hoppanıb birinci dəstənin sırasında aşağı əyilirlər. 


Hamı atılıb qurtarandan sonra aşağıya əyilmiş yeni bir dəstə yaranır. Birinci dəstənin uşaqları bir-bir ayağa qalxıb aşağı əyilən uşaqlann üstündən hoppanırlar. Bu minvalla oyun uşaqlar yoruluncaya qədər davam edir.