YENİ NƏŞRLƏR

Uşaqların və böyüklərin qəhrəmanı olan Qaragöz yeni sərgüzəştləri ilə sizi həm güldürüb əyləndirəcək, həm də düşündürəcək. Əslində, Qaragöz bizi güldürmək üçün çox səy göstərmir. 

Bu kitab ingilis xalqının sevimli nağıl qəhrəmanı – əfsanəvi şotlandiyalı atıcı Robin Hood haqqındadır. 

Nils adlı dəcəl oğlan öz şıltaq əməllərinə görə meşə cırtdanı tərəfindən ovsunlanır və balaca bir adamcığaza çevrilir.

Tarix nə vaxtdan başlayıb

Bəşəriyyətin tarixinin öyrənilməsini iki əsas hissəyə bölmək lazımdır: yazının ixtira edilməsindən əvvəlki dövrü əhatə edən qədim tarix və yazının ixtira edilməsindən sonrakı dövr və ya yeni tarix. 


Biz qədim vaxtlarda yaşamış insanlar barədə çox şey bilirik. Birincisi, ona  görə ki, arxeoloqlar insanların istifadə etdiyi əşyaları-keramikadan olan qabları (piyalə, kasa), metal alətləri zərgərlik məmulatlarını həmçinin məbədləri, evləri, qəbirləri tapıblar. İkincisi, bu xalqlar yazını ixtira etdiklərinə görə, onlar da bizim kimi, baş verən hadisələrin hamısını yazırdılar. 


Məhz onların yazılı şahidliyi əsasında qədim xalqların mədəniyyətləri-misirlilər, Mesopotamiya əhalisi, yunanlar, romalılar, mayalılar, asteklər və s. barədə çoxlu məlumatlar əldə etmişik.